"AUDİ" avtomobilinin tarixi

Avgust Horch«AUDİ»  Alman avtomobil şirkətidir; Volkswagen qrupunun bir parçasıdır. Şirkətin mərkəziIngolstadt, Bavariyada yerləşir. Şirkətin keçmişi 1899-cu ilə və Avgust Horcha söykənməkdədir.

  Birinci avtomobil şirkətinin əsasını Avqust 1901-ci ildə Kölndə  qoydu. Uzun müddət onu öz soyadı əsasında  “Horch”  adı ilə çalışdırdı. 1909-cu ildə istedadlı Avgust 6 silindrli motor ixtira edir amma bu heç də uğurlu alınmır. Və kompaniyanın müflisləşməyinə yol açır. Bu səbəblə Avgust Horch işlədiyi firmadan qovulur və yeni şəxsi firma açmaq qənaətinə gəlir. Adını isə yenə öz adı ilə bağlayır,  “Horch”  firması.  

Onun keçmiş ortaqları, rəqibləri firmanın adının dəyişdirilməsi  tələbi ilə və ticarət nişanının qanunsuz istifadəsi üçün Horchu məhkəməyə verirlər. Məhkəmənin qərarına əsasən, avtomobillərin buraxılışı üzrə yeni müəssisə Horch adını daşıya bilməz. Bu səbəblə də Avgust Horch əvvəlki adın latınlaşdırılmış variantına müraciət etdi: Horch sözü, almanca «dinlə» mənasını verir, Latıncadan isə bu audi anlamını verir. Beləliklə, 1909-cu ildə məşhur ticarət markası olan AUDİ doğulur. Yeni şirkətin loqotipi dörd kəsişən üzük oldu.

   Bəziləri hesab edirlər ki, AUDI — bu abreviaturadır, hansı ki, «Auto Union Deutschland Ingolstadt» kimi izah edilir — yəni "İnqolştadtın (AFR-da şəhər) Alman Avtoistehsalçılarının Birləşməsi", amma bu düzgün izah deyil.


Ardı →