Avtomobil güzgüsünün tərləməməsi üçün 7 məsləhət

Temperaturun düşməsi, yağışlı və qarlı hava şəraiti, maşının şüşələrinin tərləməsinə səbəb olur.Təhlükəsiz idarəetmənin postulatlarından biri — yolda aydın seçilə bilməkdir.

Bu məsələ xüsusən yağıntı və qaranlıqla əlaqədar, yoldakı vəziyyəti anlamaqda çətinlik yarandığı fəsil aralıqlarında və qışda aktualdır. Sürücülər də əsasən ilin bu vaxtlarında aynaların tərləməsi problemi ilə üzləşirlər.

Aynaların tərləməsinin əsas səbəbi — temperatur fərqidir. Salonda temperatur yüksək olduqda, havadakı su damcıları kondensləşərək soyuq aynalara yığılır. Bu zaman aynaları isitmək və salondakı havanı qurutmaqla bu problemi aradan qaldırmaq olar— adətən bu ikisi eyni vaxtda icra olunur.
Davamı →