Müəssisənin müflisləşməsinin xarici və daxili səbəbləri

Müasir şəraitdə hər bir işgüzar təşkilat daima mürəkkəb ətraf mühitlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Xarici mühitin tərkibinə isə müəssisənin cari və strateji fəaliyyətində qarşılaşdığı bütün amillər normalar və təşkilatlar daxildir. Xarici mühit heç vaxt sabit olmur. Bu da onun daima inkişafda olmasından mürək­kəb­liyindən, qeyri-müəyyənliyindən və xarici mühit amillərinin bir-birilə qarşılıqlı şəkildə əlaqədə olmasından asılıdır. Firmaya təsir göstərən xarici mühit amilləri müxtəlif xarakterik keyfiy­yətlərə malik olduqlarına görə onları şərti olaraq iki qrupa, birba­şa və dolayı təsir qruplarına bölürlər.
Birinci qrupa əmək, material və kapital resurslarının təchizatçılarını, istehlakçıları, rəqibləri, həmkarlar ittifaqlarını, qanunverici və dövlət orqanlarını, ikinci qrupa isə iqtisadi vəziy­yəti, sosial-mədəni amilləri, siyasi amilləri, elmi-texniki tərəqqini və beynəlxalq hadisələri aid edirlər.


Ardı →

Müəssisənin idarə edilməsinin təşkilati quruluşu

Müəssisənin böhranlı vəziyyətdən çıxarılmasında mühüm rolu idarəetmənin təşkilati quruluşunun təkmiləşdirilməsi oyna­yır. İdarəetmənin təşkilati quruluçunu müəyyən edən parametrlər aşa­ğıdakılardır:
— müəssisənin idarəetmə sisteminin ierarxiya səviyyələrinin sayı,
— idarəetmə funksiyaları üzrə idarəetmə heyətinin sayı,
— xətti idarəetmə heyətinin sayı,
— hər bir səviyyədə struktur bölmələrinin sayı,
— idarəetmə funksiyalarının mərkəzləşdirilmə səviyyəsi.
Böhranlı vəziyyətdən asılı olaraq müəssiənin təşkilati quru­lu­şunun yenidən qurulması üç istiqamətdə aparılmalıdır:


Ardı →