Böyrəkləri sağlam saxlayan məhsullar

Böyrəklər orqanizmimizin çox güclü filtridir. Gün ərzində böyrəklər dəfələrlə orqanizmdə dövr edən bütün qanı süzərək onu toksinlər, şlaklar, mikroblar, infeksiyalardan təmizləyirlər. Hesablanıb ki, gün ərzində böyrəklərdən 200 l qan keçir.
Ziyanlı maddələr böyrəklərdən sidik kisəsinə düşür və burada yığılaraq xaric olunur.
Böyrək xəstəlikləri ən yayılmış xəstəliklər qrupudur. Bu səbəbdən böyrəkləri daim qorumaq lazımdır.
Davamı →

Böyrək sağlamlığı üçün təbii qarışım

Xalq təbabətində böyrəklərin sağlamlığını qorumaq üçün bir çox təbii vasitələr var. Sizə belə vasitələrdən birini təqdim edirik.

2 ədən limon, 2 dəstə cəfəri, 2 xörək qaşığı bal götürülür. Limonu qabıqlı şəkildə cəfəri ilə birlikdə blenderdə xırdalayın, bal əlavə edin və yaxşı qarışdırın.

Hər gün yeməkdən 40 dəqiqə əvvəl bu qarışıqdan 1 xörək qaşığı yeyin və 1 stəkan su için.
Davamı →

İsti havada böyrəklərinizi belə qoruyun

İsti havada bir çox digər orqan və sistemlər kimi böyrəklər də güclü yükləmələrə məruz qalır. İsti havada qan qatılaşır ki, onu təmizləmək böyrəklərə daha çətin olur. Məhz isti havadan böyrəklərdə daşların əmələ gəlməsi riski da artır.

İsti havada böyrəklərin sağlamlığını qorumaq üçün bu 5 sadə məsləhətə əməl edin:

1. Gün ərzində tez-tez adi təmiz su için. Buna əks-göstərişlər yoxdursa gün ərzində 2 l su için. Susuzlaşmanın ən yaxşı “göstərici”si sidiyin rəngidir. Sidiyin rəngi açıq sarı olmalıdır. Bu o deməkdir ki, orqanizm susuzlaşmadan əziyyət çəkmir. Sidiyin rəngi daim tünddürsə, mayenin qəbulunu artırın.
Davamı →

Böyrək xəstəliklərinə işarə edən əsas 7 simptom

Böyrək xəstəlikləri uzun müddət ərzində gizli inkişaf edə bilər. Bu çox təhlükəlidir ki, insan uzun müddət ərzində onda inkişaf edən xəstəlikdən məlumatsız olur, xəstəlik isə bu zaman inkişaf edir və nəticədə ağır vəziyyətlərə, böyrək çatışmazlığına gətirib çıxarda bilər.

Bu səbəbdən böyrək xəstəliklərinin əsas simptomlarını bilmək çox vacibdir.
Davamı →

Böyrək sağlamlığı üçün təhlükəli vərdişlər

Tez-tez edilən bəzi səhvlər ümumi sağlamlığa təsir etdiyi kimi, böyrəklərə də təxmin etdiyimizdən çox zərər verir. Böyrəklər bədənin həyati orqanlarından biridir. Əsas funksiyaları bədəndəki tullantıların və toksinlərin sidik vasitəsilə atılmasını təmin etməkdir. Eyni zamanda, kalsium və fosfat kimi mineral səviyyələrini nizamlayır. Buna görə də böyrəklərin düzgün işləməsini dəstəkləmək həyati dərəcədə əhəmiyyət daşıyır. Hər hansı bir formada zərər aldıqları təqdirdə bu simptomlar özünü göstərir: qusma, pis nəfəs qoxusu, sidik rəngində və keyfiyyətində dəyişiklik, baş gicəllənməsi, dəridə qaşınma, nəfəs problemləri, ani aclıq, anemiya, yorğunluq, davamlı üşümə və s.

Bu əlamətlər görüldükdə mütləq həkiminizə müraciət etmək və vəziyyəti nəzarət altına almaq lazımdır. Böyrək problemləri müxtəlif faktorların nəticəsi olaraq ortaya çıxa bilər. Aşağıdakı vərdişlər böyrəklərin zədələnməsinə səbəb ola bilər:
Davamı →