Ən şanslı bürclər hansıdır?

Hər birimiz nə vaxtsa çətin vəziyyətlə üzləşmişik. Bəzən də elə olur ki, uğursuzluqlar hansısa naməlum səbəblərə görə, üstəlik ard-arda baş verir.

Bəziləri isə öz istək və arzularına asanlıqla və əziyyətsiz nail olur. Bəs niyə çoxlarının həsrətində olduğu gözəl bəxt və şans hər kəsin üzünə gülmür?

Astroloqlar bunu bürclərə bağlayır. Belə ki, onlar zodiak işarələrinin insan həyatına təsirsiz ötüşmədiyini iddia edir. Odur ki, biz bu dəfə qoroskop həvəskarlarını ən məsud və şanslı bürclərin siyahısı ilə tanış etməyə qərar vermişik.
Davamı →

Ən varlı bürclər

Pul barəsində hansı bürc daha şanslıdır. Bürcünüzə görə pul barəsində nə qədər şanslı olduğunuzu aşağıdakı yazıdan öyrənin. 

Qoç bürcü – qoçlar öz həyatı üzərində qumar oynamağı sevir. Riskli olmağı sevdiyi üçün pul yatırımı edir. Bu onun ruhi cəhətdən razı olmasına və özünəinamının inkişaf etməsinə yardım edir. Kiçik də olsa, öz işinin rəhbəri olmaq istəyir. Rəhbər olmaq azadlığını və rahatlığını təmin edir. Pulu yığmaq onlar üçün çox çətin bir işdir. Həmişə yeni fikir və ideyalar axtarışında olması, xərclərinin azalmasına icazə vermir.

Buğa bürcü – buğalar maddi vəziyyətlərdə olduqca tədbirli, səbrli və planlı hərəkət edir. Təcrübəsi olmayan buğalar, özünün güvənsiz hiss etdiyi üçün əvvəlcə ruhi, sonra isə fiziki problemlər yaşaya bilər. Borc almağı qətiyyən sevmir və borc verməkdən də xoşlanmır. Heç kimə möhtac olmamaq və ayaq üstə dura bilmək üçün  müxtəlif yollara əl atır.
Davamı →