Kreslo virusu

İnternetdə bürokratiyanın və formal qaydaların hökm sürdüyü təşkilatlardan bəhs edən “Parkinson qanunu” adlı satirik bir yazıya rast gəlmişdim. Bu “qanun”a əsasən istənilən iş onun görülməsi üçün nəzərdə tutulmuş vaxta görə istənilən qədər uzadıla bilər. Məsələn, bir gün ərzində yerinə yetirilə biləcək bir iş üçün planda beş gün nəzərdə tutulubsa, həmin iş elə beş günə qurtaracaq. Müəssisədə elə boş-bekar, avara adamlar olur ki, kənardan baxan elə bilir ki, bütün işləri məhz onlar yerinə yetirirlər. Görülən işlər artsa da, azalsa da və ya ortada heç bir iş olmasa da müəssisədəki işçi sayı daim artacaqdır.
Təşkilatın strukturundakı bölmələrlə onların üzvlərinin sayı arasında tərs mütənasib var. Bununla bərabər, həmin bölmələrdə qərar verərkən işə aidiyyatı olmayan, bəlkə də ümumiyyətlə həmin mövzudan başı çıxmayan adamların səsləri nəticəyə böyük təsir edir. Belə yerlərdə mühüm mövzulara az vaxt ayırılır, əksinə 5-10 dəqiqəyə qərar veriləcək məsələlər isə saatlarla mübahisə mövzusu olur
Ardı →