Klişe bəhanələr

Bəzən insanlar evlənməyi planlaşdırdığı şəxsdən “Bitdi” sözünü eşidir. İlk bir neçə gün rahat, qayğısız özünü aparsa da, günlər hər iki tərəf üçün getdikcə ağırlaşıb gah əlimizi, gah da ağlımızı “yoldan çıxarıb” bizə bəzi istəmədiyimiz şeyləri etdirir...Hər şey virtual aləmdə köhnə sevgilini izləməklə, F5 düyməsini tez-tez vurmaqla, “görəsən yeni sevgili tapıb özünə?” sualını dəfələrlə öz-özünə verdikdən sonra telefonu götürüb hansısa bəhanəylə ona yazmaqdan başlayır...

Elə mövzumuz da bu bəhanələrdir. Hamımızın ən azı bir dəfə müraciət etdiyi bu bəhanələrdən görün hansı sizə daha yaxındır?

Yuxumda səni görmüşəm
Bu mesajı yazıb ondan “Aaa yazıq məni yuxusunda görüb, tez qayıdım ona” deməyini gözləyirsiniz? Qarşındakının da “Sanki bir ildə hər gün görüb dağı dağ üstünə qoydun, qaldı yuxuda görməyin” cavabını yazmağı nə yerinə düşərdi!


Ardı →

İşə gecikənlərin bəhanələri

gecikirəmmmSəhər vaxtı əksəriyyətimizin içində yuxudan durmamaq, işə, məktəbə, universitetə getməmək istəyi baş qaldırır. “Beş dəqiqə də yatım, duracağam” deyə-deyə bir də görürsən, iş vaxtına az qalıb. İşə daima gecikənlərə biz də bəhanə sarıdan kömək göstərməyə çalışacağıq. “Yox, mən punktual insanam” deyənlər də bu yazını oxuya bilər, axı heç kim sabah nə ilə qarşılaşacağını bilmir...

Ən köhnə bəhanə: Əlbəttə ki, tıxac… İçəri donquldana-donquldana: “Bezdim bu tıxaclardan. Ömrümüz tıxaclarda keçir. Saat 8-dən evdən çıxanam, buna bax, artıq 10-dur. Gərək saat 5-dən düşək yollara” – deyib, müdirinizi qabaqlayın, “harada qaldın?” sualının verilməsinə şərait yaratmayın. Əmin olun ki, həmin gün tıxacda qalan yoldaşlarınız sizin sözünüzə qüvvət verəcək: “Yaxşı daha, oturum işləyim, onsuz da gecikmişəm”, — desəniz, müdir deməyə söz tapmayacaq.

Günahı maşının üstünə atın: Təkər partladı, yağı qurtardı, birdən yolun ortasında dayandı, su qaynatdı… Onsuz da metal parçasıdır, dili-ağzı yoxdur ki, izahat versin.

Özünüzü yaxşı vətəndaş kimi göstərin: “Elə işə gəlirdim ki, qarşımdakı iki maşın toqquşdu. Tək şahid də mənəm!
Ardı →

Sağlamlığımızın düşməni | Siqaret

siqaretAmerika materikinin kəşfi ilə dünya bir çox yeni bitki və heyvan növləri ilə tanış oldu. Müasir dövrdə xərçəng kimi bir çox xəstəliklərin səbəbi sayılan tütünün də vətəni Amerikadır. Tütün 1560-cı ildə fransız Jan Nikot tərəfindən Avropaya gətirilib və qısa zamanda bütün dünyaya yayılıb. İlk dövrlərdə, sadəcə, zərərli məşğuliyyət sayılan siqaret, hazırda az qala  narkotik maddələr qədər asılılıq yaradır və bir çox ölümcül xəstəliklərə səbəb olur. Siqaret çəkən insanların 82 %-i inkişaf etməkdə olan ölkələrin payına düşür.

Siqaret çəkən insanlarda həzm prosesinin pozulması, mədə yarası, xroniki bronxit, arterioskleroz, yəni damar divarlarının sərtləşməsi, qol və ayaq damarlarında tıxanmaların əmələ gəlməsi, yaddaş zəifliyi və bir çox xəstəliklər müşahidə olunur. Bundan başqa, ağciyər və qırtlaq xərçənginin də əmələ gəlməsinin 90%-nə səbəb siqaretdir. Əgər bir adamın damarına 2 mq nikotin vurularsa, bu zaman ürəyin ritmi pozular və bir dəqiqə ərzində əvvəlkindən azı 15-20 dəfə daha çox döyünər. Həmin müddətdə ürəkdən damarlara vurulan qanın həcmi də xeyli artar. Belə olan halda siqaret çəkən adamın ürəyi yorğun hala düşür, insanın özü isə süst vəziyyətdə olur. Bu cür vəziyyət ifliclə də nəticələnə bilər.


Ardı →