Xurma bəhməzi

Təzə xurmanın faydaları kimi onun bəhməzi də müxtəlif xəstəliklərə qarşı fayda verir. Bir çox narahatlığa qarşı qorunma təmin edən xurma bəhməzinin faydaları bunlardır:

— Qanazlığa qarşı yaxşı təsir göstərir. Bədəndəki dəmir çatışmazlığını aradan qaldıraraq qanı arıtırır. Bu sayədə bədəndəki halsızlığı və yorğunluğu da aradan qaldırır.

— Həzm sistemini rahatlaşdırır. Deyerler.org bildirir ki, bağırsaq hərəkətlərini nizamlayaraq qəbizliyə qarşı yaxşı təsiri də xurma bəhməzinin faydaları arasındadır. Beləcə kolon xərçəngi və babasilə qarşı qorunma təmin edir.
Davamı →

Doşab

Doşab müxtəlif çeşidli meyvələrdən qaynadılaraq hazırlanmış şəkərli, qatı mayedir. Doşab, həm də bəkməz adı ilə tanınır.

Doşab təkcə iştaha artırmaq üçün deyil, həm də müalicəvi əhəmiyyətə malikdir. Sadəcə olaraq, hansı məhsuldan hazırlanmış doşabın keyfiyyəti haqqında məlumat almaqla onlardan dərman kimi necə istifadə etmək olar.

Doşab əslində çox qədimdən bəri məlum olan, amma faydası daha sonralar üzə çıxan müalicəvi effektə malik qidadır.

Çox yaxşı antioksidant olan doşab, eyni zamanda qanazlığını aradan qaldıran qidaların başında gəlir. Şəfa mənbəyi olan doşabın daha təsirli olması üçün bu şəkildə sərf etməyiniz məsləhətdir. Səhər ac qarnına bir stəkan ilıq suyun içinə 2 xörək qaşığı doşab töküb üzərinə limon sıxaraq içsəniz, bu qanazlığı və dəmir çatışmazlığına çarə olacaq.
Davamı →