Oduncaq və metal məmulatların bəzədilməsi

Bəzəmə işləri məmulatların hazırlanmasında sonuncu əməliyyatdır.
Oduncaq məmulatlarını nəmdən, çatlamadan və çürümədən qorumaq və onlara gözəl xarici görünüş vermək üçün bəzəmədə rəngləmədən istifadə edirlər.
Hazır oduncaq məmulatları boya ilə rəngləmək olar. Bunun üçün rəngbərəng boyaq tozları (piqmentlər*) həlledicidə həll edilir və onlara aşqarlar** qatılır. Həlledicilər iki cür olur — təbii və süni. Təbii həlledicilər əlif, çətənə və kətan yağları, süni həlledicilər isə neft emalı məhsullarıdır. Yağlı boyaların təbii həlledicisi olan əlif, kətan və çətənə yağlarını 275°C temperatura qədər qızdırmaqla alırlar.

Davamı →

Masa bəzəmək estetikası

Yemək bişirmək necə sənət hesab edilirsə, onu bəzəyib süfrəyə gətirmək də başqa bir sənət sayılır. Yeməkləriniz nə qədər gözəl, dadlı olursa-olsun, əgər siz süfrə qaydalarından bixəbərsinizsə, o zaman bu hal həm sizi, eyni zamanda da gələn qonaqlarınızı yoracaq. Yaxşı, təqdirəlayiq bir qonaqlıq vermək fikriniz varsa, gələn dəvətlilərin sağlıq durumlarından tutmuş onların yaşına kimi bütün xırda detalları belə nəzərə almalısınız.
Ardı →