Adəti qəbizliyin çarələri

Adəti qəbizlik günümüzdə qida və həyat rejimindən asılı olaraq çoxumuzun rastlaşdığı problemdir. Bəzən yanaşı xəstəliklər olmasa da qəbizlik özü elə bir sıra xəstəliklərin mənbəyi sayıla bilir. Qəbizlikdən əziyyət çəkən bir çox insanlar öz xəstəliklərindən uzun müddət şikayət etməyə və özlərini diskomfort hiss etməyə bilərlər. Məhz bunun nəticəsidir ki, onlar adəti qəbizliklə əlaqədar olaraq heç vaxt həkimə müraciət etmək barədə düşünmürlər. Lakin onu da unutmaq olmaz ki, adəti qəbizlik zamanı insanın həyat fəaliyyəti nəticəsində yaranmış lazımsız məhsul və şlaklarla orqanizmin autointoksikasiyası baş verir.


Davamı →

Bağırsaq niyə tənbəlləşir

Tənbəl bağırsaq” sindromu termini həzm proseslərinin və bağırsağın boşalmasının ləngiməsi deməkdir. Mütəxəssislərin müşahidələrinə görə, müasir insanların əhəmiyyətli hissəsi bu sindromdan əziyyət çəkir. Bu pozulması olan insanlarda qəbizlik, defekasiya zamanı nəcisin az olması, qarında daim köp, ağırlıq və ağrılar, ürəkbulanması kimi simptomlar meydana çıxır.Tənbəl bağırsaq sindromundan əziyyət çəkənlərdə tez-tez babasil, ana çatı kimi fəsadlar inkişaf edir.
Davamı →

Bağırsaqları ən yaxşı təmizləyən 4 vasitə

Bağırsaqların normal fəaliyyəti insan sağlamlığında çox böyük rol oynayır. Bağırsaqlar pis işləyəndə ziyanlı maddələr vaxtında xaric olunmur və yenidən orqanizmə sovrularaq intoksikasiyaya (zəhərlənmə) səbəb olur. Belə xroniki intoksikasiya bütün orqanizmə ciddi ziyan vurur, orqanizmdə qocalma proseslərini sürətləndirir.

Bağırsaqları təbii şəkildə təmizləmək üçün bəzi təbii vasitələrdən istifadə etmək olar.
Davamı →

Bağırsaq mikroflorası

Bağırsaq mikroflorası çox mürəkkəbdir. Araşdırmalar göstərir ki, bağırsaq mikroflorasını minlərlə müxtəlif bakteriyalar təşkil edir. Bağırsaqlarımızda yaşayan mikroskopik bakteriyaların ümumi çəkisi nə az nə çox 3-4 kq-dır. Bağırsaqlarımızda həm faydalı, həm də ziyanlı bakteriyalar yaşayır. Faydalı bakteriyalar çoxluq təşkil etdikdə onlar ziyanlı mikrobların inkişafına və çoxalmasına mane olur. Lakin bu tarazlıq pozulduqda müxtəlif xəstəlik və pozulmaların riski arır. Bağırsaqların faydalı mikroflorası insan sağlamlığında və orqanizmin normal fəaliyyətində çox mühüm rol oynayır.

Mikrofloranın əsas vəzifələri:
1. İnfeksiyalardan qoruma
İnsan immun sisteminin 80%-i bağırsaqlarda yerləşir. Faydalı bakteriyalar bağırsaqların ziyanlı mikroflorasını dəf edir, immun mexanizmləri aktivləşdirir.
Davamı →

Bağırsaqlar üçün faydalı 5 məhsul

İnsanın ümumi sağlamlığında bağırsaqların sağlamlığı böyük rol oynayır. Bağırsaqlarda orqanizmə daxil olan qidalı maddələrin sovrulması prosesi baş verir. Orqanizmin normal fəaliyyəti üçün ona çoxlu sayda müxtəlif maddələr lazımdır — zülallar, karbohidratlar, vitaminlər, minerallar və s. Bu maddələrin çatışmamazlığı bir çox xəstəliklərin və pozulmaların inkişafına təkan verir.

Buğda kəpəyi
Bağırsaqları təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır.

Çuğundur
Bu tərəvəz bağırsaqlar üçün ən faydalı sayılır. Bərk qidalı liflərlə zəngin olan çuğundur bağırsaqları təmizləyır, disbakteriozu müalicə etməyə kömək edir.

Qoz
Yeni elmi araşdırmalar göstərib ki, qoz düz bağırsağın xərçəng xəstəliyinin riskini azaldır.
Davamı →

Yayda aktual olan bağırsaq bakteriyalarından necə qorunmalı?

Bağırsaq bakteriyası xəstəliyinə adətən yay aylarında yoluxmaq daha aktual olur, belə ki, bir çoxları bağ evlərində olan ağaclardan dərilən meyvələrə üz tutur, digərləri isə bazarlarda yeni meyvələrin dadına baxırlar. Bu isə adı sanitariya qaydalarının pozulması deməkdir.

Bağırsaq bakteriyaları isə ağızdan keçərək, bağırsağa düşüb orada bağırsaq xəstəliyini inkişaf elətdirir.

Adətən bağırsaq infeksiyasını daha çox uşaqlarda müşahidə etmək olar.Bunun tək səbəbi uşaqların hər şeyi ağızlarına aparması deyil, həmçinin onların həm immun sisteminin, həmçinin də mədə-bağırsaq sisteminin mükəmməl olmamasıdır.

Əsasən bütün bağırsaq infeksiyalarının ümumi simptomları eyni olur. Bunlar: ishal, zəiflik, qusma, bağırsaqda olan spazmalar.

E.coli  — bağırsaq çöpü  — bağrsağımızın ən populyar sakini. Bir çox növləri bağırsaqda yaşayaraq, ziyan vurmur və hətta xeyirli işi yerinə yetirir. Yalnız 150 növü isə bağrsaq və böyrəklərdə problem yarada bilər.


Ardı →

Bağırsaq xərçəngi

Bağırsaq xərçəngindən əziyyət çəkən insanların 90%-dən çoxunun yaşı 40-dan yuxarıdır. Bu yaşdan başlayaraq bağırsaq xərçəngi ilə xəstələnmə ehtimalı ildə 2 dəfə artır. Almaniyada hər il təqribən 57.000 nəfərdə bağırsaq xərçəngi aşkarlanır, 30.000 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir. Bağırsaq xərçəngi, əksər hallarda, uzun illər selikli qişada inkişaf edən poliplərdən yaranır. Buna görə də poliplərin vaxtında çıxarılması bağırsaq xərçənginin inkişafının qarşısını ala bilər.

Bağırsaq xərçəngini necə aşkar etmək olar?

Hələ də əksər hallarda bağırsaq xərçəngi çox gec aşkarlanır. Bu vaxt o artıq proqressivləşmiş olur və bərpaedici əməliyyat mümkün olmur. Buna görə də xərçəngin erkən aşkarlanmasının böyük əhəmiyyəti var.


Ardı →