Baş ağrıları nələrə işarədir?

Hər birimiz zamanla baş ağrıları ilə üzləşirik. Məhz bu səbəbdən insanların əksəriyyəti baş ağrılarına ciddi fikir vermir. İnsanların bir hissəsi dözüb gözləməyə, digərləri baş ağrısı başlayan kimi ağrısızlaşdıran dərmanlardan birini qəbul etməyə üstünlük verir. Təbii ki, bir çox hallarda baş ağrılarının səbəbi gərginlik və stress olur. Lakin bəzən adi hesab edilən baş ağrısı çox ağır və təhlükəli xəstəliklərin simptomu kimi meydana çıxır və bu halda insana vaxtında tibbi yardım göstərilməzsə, insanın sağlamlığı və hətta həyatı təhlükədə ola bilər .

Beləliklə, nə zaman baş ağrısı ciddi xəstəliyin simptomu ola bilər?


Davamı →

Sinir xəstəlikləri

Sinir sistemi xəstəlikləri ağır, bir çoxu tam sağalmayan xəstəliklər olub, bunlardan sonra bədəndə müəyyən ağırlaşmalar qalır. Bəzən də xəstənin ölümü ilə nəticələnir. Bu xəstəliklərə beyinə qansızmanı, beyin damarlarının trombozunu, nevriti, ensefaliti, meningiti, poliomielitləri, sklerozu, beyin şişlərini, sinir sistemi travmalarını, iflicləri, avitaminozları, epilepsiyanı, nevrozları, miqreni və s. göstərə bilərik.
Beyinə qansızma qəfildən, fiziki və emosional gərginlikdən sonra meydana çıxır. Xəstə huşunu itirir və yıxılır. Tənəffüs çətinləşir, nəbz gərginləşir, qan təzyiqi yüksəlir. Sifət qızarır, tərləyir. İflic baş verir, həmin tərəfdə ağız bucağı sallanır.
Davamı →