Hər gün badam yeməyin 4 faydası

Badam davamlı qəbul edildikdə bədənə bir çox faydası var. 

Sızanaqları azaldır
Badamlar, yüksək miqdar omeqa6 yağdan ibarətdir. Sızanaqları sağaldan və dərinin gəncləşməsinə kömək edən E vitamini və antioksidantla zəngindir.

Diabet müalicəsində faydalıdır
Aparılan araşdırmalar 2 tip diabet xəstələrinə gündəlik olaraq badam verərək fiziki vəziyyətlərini yaxşılaşdırdığı müşahidə edilmişdir.


Davamı →

Badamlı, çiçək tozu tərkibli ballı qarışım

İnsanlar birinci növbədə düzgün qidalanmalıdırlar, çünki düzgün qidalandıqda nə bitkisəl,  nə də dərman preparatlarıyla müalicəyə ehtiyac qalmaz. Elə məcunlar vardır ki, onları gündəlik qida rasionumuza əlavə etsək faydasını görərik. Məsələn, hər hansı yağlı, qlütenli xəmir məmulatlarındansa, şirniyyata olan aludəçiliyimizi və ya tələbatımızı badamlı, polenli bal qarışımı ilə ödəmiş olarıq. Badam uşaqların sümük — əzələ, yəni dayaq hərəkət sisteminin inkişafı üçün lazımlı qidadır. Görməni itiləşdirir, beynin fəaliyyətini artırır. Badam omeqa 3 qaynağıdır.
Davamı →

Badamın faydaları

  • Flora
Kaliforniya Universitetində aparılan araşdırmaların nəticələrinə görə badamın içində dərmanların tərkibində olan bəzi maddələrin olduğu təsbit edilib. Eyni zamanda bəlli olub ki, nizamlı badam istifadə edənlərin beyin hüceyrələri daha gec yaşlanır.

Aparılan başqa bir araşdırmanın nəticəsində badamın toxluq hissi yaradaraq yemək yemə istəyini azaltdığı da təsdiq edilib.

Badam imtina edilməz çərəz növündən biridir. Bəs badamın faydaları nələrdir?

Qanda olan şəkəri tənzimləyir. Bor baxımından zəngindir, sümükləri möhkəmləndirir.

Badam bir Omeqa 3 qaynağı olaraq ürək və damar xəstəliklərinin qarşısını alır. Qanın laxtalanmasına mane olur, təzyiqi və şəkəri tənzimləyir. Tərkibindəki kalsium xolesterolu aşağı salır və sümük əriməsinin qarşısını alır.

Badam eyni zamanda bədəni gücləndirir, dad duyğusunu artırır. O eyni zamanda hamiləlik dönəmində qadınlar üşün çox faydalıdır.

Bizə ilk baxışdan adi görünən bu çərəz sidik yollarında və cinsi orqanlardakı iltihabların aradan qaldırılmasında da əhəmiyyətli rola malikdir.
Ardı →