Bakteriyalar haqqında bilmədiklərimiz

Bakteriyalar canlılar aləmində çox sürətlə çoxalan canlı qrupunu təşkil edirlər. Yeni formaya düşür və dəqiqələr ərzində sayları milyardlara çata bilir. Bu canlılar çoxalmaq üçün müxtəlif mexanizmlərdən istifadə edirlər. Düşmənlərini və ya qidalarını “görmək” üçün sonarabənzər sistemlərdən və ya danışma şarlarından istifadə etmələri bu mürəkkəb mexanizmlərdən ancaq bəzisidir.

Bakteriylar bitkilərdən və heyvanlardan fərqli olaraq sürətlə çoxalan və biokimyəvi təsirləri baxımından canlılar aləminin tarazlığını təmin etəkdə çox böyük əhəmiyyət daşıyan canlı qrupunu təşkil edirlər. Demək olar ki, hər yerdə yaşaya bilirlər, ona görə də sayları hər hansı bir orqanizm növündən daha çoxdur. Bu səbəbdən bu canlılar dünyanın ən çoxsaylı canlıları hesab edilirlər. İnsan həyatına çox şəkildə təsir edən bakteriyalar olduqca təkmilləşmiş rabitə sistemlərindən istifadə edərək bir-birlərilə əlaqə qururlar.

Paket yollayaraq ünsiyyət qurma
Bakteriyaların ünsiyyət qurma formalarıı çox diqqətçəkəndir. Bakteriyalar bir-birlərinə bir qismi dostluq mesajı, digər qismi isə bomba daşıyan paketlər yollayayırlar. Bu inanılmaz paket sistemi kimyəvi maddələrlə qurulan əlaqədən daha çox fərqlənən şəkildə siqnallardan istifadə edərək əmələ gəlir. Bunlar tərkibində bəzi mesajlar olan kiçik şar formasındadır.


Davamı →

İnsanlar bakteriyalardan necə asılı qalır?

İnsan orqanizmində çoxlu sayda mikroblar mövcuddur. Biz onları görməsək də, heyvanlar daxil olmaqla bütün insanlar bakteriyalardan çox asılıdır. Bəzi mikroorqanizmlərin insanı öldürdüyü ki, digərləri olmadan insan yaşaya bilməz. Bakteriyalar hətta bəzi heyvanları idarə edir. Bu necə olur?
Ilk olaraq, orta yaşlı bir insanda olan bütün mikrobları toplayıb bir bir parçaya bürüdüyünüz təqdirdə, iki kiloqrama yaxın bakteriya əldə etmiş olarıq. Bu, haradasa beyinin kütləsiylə eyni ola bilər. Mikrobları görmürük, lakin buna baxmayaraq onlar insan dərisində və insanın daxili orqanlarda mövcuddur.

Davamı →