Şabalıd balının faydaları

Azərbaycanda bu bal növü, əsasən Qəbələ və Zaqatala rayonlarında çox olur. Şabalıd balı, özünəməxsus dadına və rənginə görə, digər bal növlərindən fərqlənir. Bir qədər acı dadı var. Tünd-qəhvəyi rəngdə olur. Uzun müddət xarlanmır.
Şabalıd balını, varikoz və tromboz xəstəlikləri zamanı istifadə etmək faydalıdlr.
Davamı →

Balın növləri

Cökə balı
Bu balı tərkibinə görə ən qiymətli bal hesab eləmək olar. Onun cökə çiçəyini xatırladan zərif qoxusu, solğun sarı rəngi olur. Cökə balı tez bir zamanda kristallaşa bilir, bu zaman onun xırda və narın kristalları olur. Cökə balı kristallaşan zamanı onun rəngi ağarır. Onu xüsusi dadı olur və bu dad cökə balını digər ballardan asanlıqla fərqləndirir. Cökə balının qidalandırıcı və müalicəvi faydaları böyükdür. Xalq təbabətində cökə balından soyuqlama, angina, laringit, bronxit, traxeit, bronxial astma, ürək zəifliyi, mədə-bağırsaq xəstəlikləri, böyrək və öd kisəsi xəstəlikləri zamanı istifadə edilir. Cökə balı, cökə çiçəyinin müalicəvi təsir etdiyi xəstəliklərin müalicəsini sürətləndirir və sağalmasında rol oynayır.

Ağ akasiya balı
Akasiya balı tünd dada və akasiya qoxusunu xatırladan ətrə malikdir. Təzə akasiya balı açıq sarı rəngdə olur. O gec kristallaşır, kristallaşanda süd ağı rəngdə olur. Bu bal ən qatı bal hesab edilir. Akasiya balı orqanizmi möhkəmləndirir, yuxusuzluq, mədə-bağırsaq, öd və böyrək xəstəlikləri zamanı faydalı təsir göstərir.
Davamı →