Balqabaq şorbası

Ərzaqlar:
Balqabaq – 300 q
Kərəviz -150 q
Kök – 150 q
Zəncəfil kökü – 1 ç.q
Soğan – 1 baş
Sarımsaq – 1 diş
Zeytun yağı – zövqə görə
Yaşıl bibər – 1 əd

Hazırlanması: (45 dəq)
Balqabaqla kökü iri kub şəklində doğrayıb, üzünə çıxana kimi su əlavə edin. Zövqə görə duzlayıb, yumşalana qədər qaynadın.

Soğan, kərəviz və sarımsağı xırdalayıb, zeytun yağında qızardın. Sonra balqabaqla kökün üstünə qızarmış tərəvəzləri və sürtgəcdən keçirilmiş zəncəfil kökünü əlavə edib, blenderda xırdalayın.

Zövqünüzdən asılı olaraq zolaq və yaxud kub şəklində doğranmış bibər və quru çörəklə süfrəyə verin.


Davamı →