Vertigo nədir?

Vertigo nədir?

Sadə təriflə başgicəllənmə adlandıracağımız Vertigo, xəstəlik deyil, simptomdur. Ölkəmizdə əksər insan baş gicəllənməsindən şikayətlənir. Baş dönmə zamanı xəstələr ətrafdakı şeyləri və ya insanları çevirdiklərini ifadə edirlər. Sağda və ya solda tarazlığın itirilməsi, başgicəllənmə hissi, başdakı ağırlıq və ya ayaq altındakı yerin sürüşməsi baş dönmə deyil. Belə vəziyyətlərə başgicəllənmə deyilir və tarazlıq pozğunluğuna daxil olsa da, müalicə başgicəllənmədən fərqlənir.

Vertigo bir xəstəlik deyil; bir simptom və ya əlamətdir. Baş ağrısı, qol ağrısı və ya ayağın uyuşması bir xəstəlik olmadığı kimi baş dönmə də bir xəstəliyin səbəb olduğu oxşar bir əlamətdir. Məhz buna görə də hansı xəstəliyin baş dönməsinə səbəb olduğunu araşdırılaraq diaqnoz qoyulmalıdır. Başgicəllənməyə səbəb olan hər xəstəliyin müalicəsi fərqlidir. Buna görə başgicəllənmə müalicəsi əsas xəstəlik müəyyən edildikdən sonra edilməlidir.


Davamı →

Başgicəllənmənin səbəbləri

İnsanların əksəriyyəti bu halla tanışdır.
Başgicəllənməsi zamanı insanda onu əhatə edən əşyaların onun ətrafında fırlanması və ya öz bədənin fırlanması hissi yaranır. Buna tibbdə «həqiqi baçgicəllənmə» (vertiqo) deyilir. Bəzən insanlar digər simptomları hiss etdikdə (zəiflik, gözlərin qaralması, halsızlıq və s.) onları səhvən başgicəllənməsi kimi anlayırlar. Lakin bu belə deyil.
Həqiqi başgicəllənmə tez-tez təkrarlanırsa, bu bir sıra pozulma və xəstəliklərin əlaməti ola bilər. Bu halda mütləq həkimə müraciət etmək lazımdır. İlk növbədə terapevtin müayinəsindən keçin. Lazım olduqda terapevt xəstəni digər həkimlərin (LOR, nevropatoloq, nevroloq, ortoped və s.) müayinələrinə göndərə bilər.
Davamı →

Başgicəllənmə

Baş gicəllənməsinin necə xoşagəlməz hiss olduğunu yəqin ki, hamımız bilirik. Ancaq çoxlarımız bu halın hansı səbəbdən yarandığından xəbərsizik. Qeyd edək ki, başgicəllənmə bəzən özünü qorxulu xəstəliklərin əlaməti kimi də göstərir. Əlbəttə bu əlamət haqda dəqiq diaqnozu yalnız yoxlama və analizlərdən sonra həkim təyin edə bilər. Bununla belə bu xoşagəlməz hiss haqda siravi insanların da bilməli olduqları bir çox məqamlar var. Məqalədə məhz bu məqamlara toxunacağıq.

Həyəcanlanmağa dəyməz


İlk öncə qeyd edək ki, başgicəllənmə müxtəlif səbəblərdən yarana bilər. Həmin səbəblərin içində qorxulu məqamlarla yanaşı narahatçılığa əsas verməyənləri də var. Beləki insan özünü tam sağlam hiss etdiyi və əhval ruhiyyəsi yaxşı olduğu halda belə başgicəllənmə baş verə bilər. Bu halla biz adətən həyəcənlandıqda, həddən artıq sevindikdə və s. hallarda qarşılaşırıq. Belə olan halda həyəcanlanmağa lüzum yoxdur. Bilin ki, bu ötəri bir haldır və heç bir xəstəliyə işarə deyil.
Davamı →