Bayquşlar

Bayquşlar yırtıcı gecə quşlarıdır. Onlar bir çox xüsusiyyətlərinə görə gündüz yırtıcı quşlarına bənzəyir, ancaq onların qohumu sayılmırlar. Bayquşlara ən yaxın tutuquşular və çobanaldadanlardır. 

Qəniməti gecənin qaranlığında tapmaqda bayquşlara onların gözəl eşitmə qabiliyyətləri kömək edir. Bayquşlar çox itigözlüdür və gözləri bir çox başqa quşlardan fərqli olaraq, başının böyürlərində deyil, qabaqda yerləşir. Və əgər bayquş arxasında nə baş verdiyini görmək istəyirsə, o, sadəcə olaraq başını öz oxu ətrafında döndərir, özü isə hərəkətsiz qalır.
Davamı →

Bayquşlar başlarını necə 270 dərəcə çevirir

ABŞ-dakı Con Hopkins Universitetinin tibb fakültəsindən doktor Filip Qeyllud (Philippe Gailloud) bayquşların bunu müxtəlif səbəblərə görə bacardığını bildirir.

Bayquşlar gecə ov ovlamaq üçün başlarını 270 dərəcə çevirməlidirlər. Çünki gözləri kəllədəki göz çuxurlarında sabit durur. Odur ki, görmə bucağını dəyişdirmək üçün başlarını hərəkət etdirməlidirlər.

Bayquşların boynu insanın boynundan daha elastikdir. Onlarda 14, bizdə isə 7 boyun fəqərəsi var. Bundan başqa, bayquşda oksigenli qanın beyinə daşınma forması çox maraqlı yaradılış möcüzəsidir.

F.Qeyllud və elmi dizayner Fabian de Kok-Merkado  (Fabian de Kok-Mercado) 12 ölü bayquş üzərində dəqiq anatomik tədqiqatlar aparıb. Tədqiqat nəticəsində məlum olub ki, bayquşlarda böyük arteriya damarı insandakı kimi boyunun yan tərəfində deyil, onurğa sütununun qarşısında, dönmə mərkəzinə yaxın yerdən keçir.

Beləliklə, bu damarlar daha az çevrilmə və gərilməyə məruz qalır və zərər çəkmə ehtimalı azalır.


Ardı →

Bayquş istəyi

Quşların içində bayquşdan yoxdu,
bayquşun quşlardan fərqi çox çoxdu.
Ayrı bir düşüncə gəzər başında,
gizli dünyası var lal baxışında.

Səsindən vahimə, dərd yağar hər dəm,
dimdiyi yırtıcı, caynağı möhkəm.
Gündüzlər oturub tökər yüz tədbir,
gecələr ovlayar ovunu bir-bir.
Ardı →

Bayquş

Bayquş insanların pis münasibət bəslədiyi uçan canlılardan birincisidir. Bunun əsas səbəbi onun uğursuzluq əlaməti hesab edilməsi və xarabalıqlarda yuva qurmasından irəli gəlir. Əsrlər boyu xalq inanclarında bayquşun ulaması həmişə pis tərəfə yozulub. Bəzən onu hətta ölüm quşu da adlandırırlar. Bayquşa əsasən Afrika və Asiya ölkələrində, müsəlman aləmində mənfi münasibət bəslənilir.
Ardı →