“Bazar ertəsi sindromu”ndan qurtulmağın yolları

Siz də həftə sonu tətilinin işıq sürətiylə keçdiyini və böyük bir həftənin sizi gözlədiyini düşünərək gərginləşirsniz? İşləyən insanların kabusu olan “bazar ertəsi sindromu”yla baş etmək, əslində sanıldığı qədər çətin deyil.

Bazar ertəsi sindromu – həftə sonu tətilinin ardından işə ya da məktəbə başlamaqla əlaqədar istəksizlik və çətinlik halıdır. İnsanın işiylə əlaqədar duyğuları, bu problemin yaşanma dərəcəsini təyin edir. Bu əslində bazar ertəsi ilə əlaqədar bir problem deyil. Çünki bazar ertəsi yalnız həftənin günlərindən biridir yəni digərlərindən çox fərqli bir gün deyil. Ancaq bu gün insanlarda kədər və stress yaradır. Bunun səbəbi də bazar ertəsinin – yeni həftənin gətirəcəyi məsuliyyətlərdir.
İndiki vaxtda bu sindrom dərəcələri fərqli olmaqla birlikdə bir çox insanda görülür. Əsasən, iş yeri ilə əlaqədar mənfi duyğular yaşayan və qayğı pozğunluqları olan şəxslərdə daha çox nəzərə çarpır. Daha gərgin bir bazar ertəsi əvəzinə, xoş, gümrah keçirdiyiniz bir gün yaşamaq istəyirsinizsə, məsləhətlərimizə əməl edin.


Davamı →

Bazar ertəsi sindromu

Araşdırmalara görə, insanların ən stresli və kədərli olduğu gün həftənin bazar ertəsi günüdür. Bəs bazar ertəsi depressiyasını azaltmaq üçün nələr edə bilərik?

1. Daha çox yatın
Yuxusuzlluq həftənin ilk gününü stresli keçirməyin ən böyük səbəbidir. İnsanlar həftə içi normal yatsalar da, həftə sonu normal yuxu yatmırlar. Həftə sonları yuxu probleminiz ertəsi gün stresli bir gün yaşamağınıza səbəb olacaq. Buna görə həftə sonu da yuxunuzu sabitləyin.

2. Daha az televizor izləyin
Çox televizor izləmək məhsuldarlığı azaldır. Çox sevdiyiniz bir film və ya televiziya proqramını hər həftə izləmək normal bir şeydir, ancaq həftə sonu kresloda əyləşib kanallar arasında yox olmaq düzgün deyil. İnsanlar çox vaxt yorğun olduqları zaman televizora baxmağı üstün tutarlar. Gecə yarısına kimi televizor qarşısında oturub yuxuya getmək nizamsız yuxu və yorğunluq hissi yaranmasına səbəb olur.
Davamı →