3.4. Portfelin planlaşdırılması prosesi

Tətbiq edilən modeldən asılı olmayaraq portfelin planlaşdırılması dörd mərhələdən ibarət olur: təhlil vahidlərinin müəyyənləşdirilməsi,  hər bir kommersiya vahidinin cari vəziyyətinin təhlili, bu kommersiya vahidləri qarasında daxili əlaqənin öyrənilməsi və nəhayət gələcək portfelin layihələndirilməsi. Portfelin planlaşdırılması prosesini göstərmək üçün artım matrisi – xüsusi çəkidən istifadə edəcəyik.


Ardı →

3.3 Portfelin modelləşdirilməsinə çoxamilli yanaşma

Nisbi bazar payı – bu yalnız kompaniyanın biznes gücü göstəricilərindən biridir. Kompaniyanın malik olduğu digər göstəricilər də var, misal üçün, brend, bölüşdürülmə kanallarına müstəsna çıxış, məhsulun unikal xüsu­siy­yətləri və ya maliyyə üstünlükləri. Həmçinin, yeni texnologiyaya əhə­miy­yətli resurslar yatırmağa hazır olan kompaniya bazarda lider-kom­paniya ilə müqayisədə maya dəyərini aşağı sala və nəticədə də yığılmış təcrübəyə görə ələ keçirilmiş bazar payı əhəmiyyətli üstünlüyünü itirə bilər. Buna ən uyğun misal kimi Toyota kompaniyasının bazarın lideri olan General Motors kompaniyası ilə rəqabətdə əldə etdiyi uğuru gös­tərmək olar. Britaniya motosikl istehsalı sənayesinin dünya baza­rın­dakı hökmranlığı onu yapon hücumundan qoruya bilmədiyi də məlumdur.


Ardı →

3.2 Artım matrisi–Boston Konsaltinq Qrupu (BCG group)

1960-cı ilin ortalarında bir çox kompaniyalar fəaliyyət növləri portfelində tarazlığı qiymətləndirmək üsullarını axtarmağa başladılar. Bəzi kompaniyalar yenicə formalaşan və Mead Paper korporasiyasına xidmət göstərdiyi zaman dörd kateqoriya üzrə əldə etmənin təsnifatı metodunu hazırlayan Boston Consulting Group firmasına müraciət etməyə başladılar. 1970-ci ildən bu metod artım matrisi – xüsusi çəki, yaxud da Boston matrisinə (Henderson, 1970) çevrildi. Şəkil 3.5-də Boston Consulting Groupun metodunun əsasında duran iki ölçmə təsvir olunmuşdur.


Ardı →