Bioloji saatımızı necə "geri çəkək"?

1. Oyanan kimi işıqdan faydalanın
Gözlərimizi səhər açdığımızda gözümüzə gələn günəş işığı o saat beynimizə siqnal göndərir və özümüzə gəlməyə başlayırıq. İşıq eyni zamanda beynimizə yuxumuzu gətirən melatonin hormonunun ifraz olunmasının qarşısını alır. Gün iləriləyib hava qaraldıqca
Davamı →

Bioloji saat

Bizi əhatə edən hər bir şey fasiləsiz surətdə dəyişilir, gündüz axşamla, sonra gecə səhərlə, yay — payızla, sonra qış yazla, külək sakitliklə əvəz olunur ki bunun ardınca da tufan, quru hava, yağış və ya qar gələ bilər. Hələ sosial mühitin neçə dəyişdiyini demirik — gah işdə gah evdə, mağazada və ya konsertdə oluruq. Bütün bu dəyişikliklər arasında nizamlı, ciddi ardıcıllıqla bir-birini əvəz edənlər vardır, ritmik olmayan, qaydasız, bəzən tamamilə gözlənilmədən meydana çıxan dəyişikliklər də vardır. Xarici şəraitin təbii proseslərlə əlaqədar ritmik dəyişiklikləri insanın davranışında əsas rol oynayır. Çox qədim zamanlardan təbii ritmlər insanı müəyyən davranış normalarına və ya, deyildiyi kimi stereotipinə vadar etmişdir. Gündüz işləmək, axşam — istirahət etmək və əylənmək, gecə — yatmaq qəbul olunmuşdur. Belə qaydanın nə üçün yaranması məsələsini müzakirə etməyək: ya gecənin qaranlığı insanları fəaliyyətsizliyə məcbur etdiyindən bu qaydaya alışmışlar, ya da o, insan təbiətinin özü ilə bağlıdır.


Ardı →

Seks saatı

Əvvəl bir kino, sonra şam işığında bir yemək, ardından rəqs, sonra… Xeyr sonrası sandığınız kimi deyil. Hərçənd bütün romantik elementlər gecə üzərinə qurulmuşdur amma xronobiologiyaya görə bədənin də bir saatı var və seks üçün ən uyğun saat axşam deyil, səhər 08:00. İdman etmək üçün ən uyğun saat isə səhər deyil, günortadan sonra 16:00 radələridir.



Ardı →

Orqanizmin bioloji saatı

İnsan orqanizminin fəaliyyəti həyatla sıx bağlıdır. Bu, yeni elmi kəşf deyildir. Qədim Şərqin peşəkar həkimləri və xalq loğmanları hələ bir neçə əsr əvvəl bu qanunauyğunluğu dərk etmiş, xəstələri vaxtın əlverişli anından asılı olaraq müalicəyə çalışmışlar.
Müəyyən olunmuşdur ki, maqnit sahəsinin mənfi təsirinin dərəcəsi insan orqanizminin gün ərzində fəaliyyəti ilə bağlıdır. İnsanın əhvalı və iş qabiliyyəti vaxt anomaliyasından asılıdır.
SAAT:
1.00. Adamların çoxu artıq 3 saata yaxındır ki, yatıb. Yuxu dərin deyil. Bu dövrdə orqanizm ağrıya çox həssasdır.
2.00. İnsan orqanizminin qa­ra ciyərdən başqa bütün orqanları ritmik olaraq fəaliyyətini yavaşıdır. Qara ciyər isə toksik maddələri qüvvətlə dağıdır və onları orqanizmdən çıxarmağa kömək edir.
3.00. Bütün orqanizm dincəlir. Əzələlər tam boşalır. Nəbz və tənəffüs tezliyi azalır.
4.00. Qan təzyiqi aşağı səviyyədədir. Buna müvafiq ola­raq beyin maddələri qanla kifayət qədər təmin olunmur. Xəstələrin çoxu məhz bu saatda dünyalarını dəyişir. İnsan duyumu bu dövrdə çox həssas olur.
5.00. Böyrəklər sidik ifrazını dayandırır. Yuxu dərin və eyni zamanda oyanmağa yaxındır. Əgər adam oyanarsa, özünü gümrah hiss edər.


Ardı →