Biometriya

Biznesin təhlükəsizliyinin təşkilində, xüsusən, elektron bank sövdələşmələri, elektron kommersiya, iş sahələrinin təhlükəsizliyi və mühafizəsi, kompüter məlumatlarının mühafizəsi və iş vaxtının uçotu məsələlərinə münasibətdə biometriya mühüm rol oynayır.

Bütün dünyada biometrik həllərə (yəni, insan yoxlanışının, hər bir konkret fərdin unikal biometrik xüsusiyyətləri əsasında aparıldığı sistemlərə) maraq artır. Beynəlxalq biometrik qrupun (BBQ) məlumatlarına əsasən, ümumdünya biometrik bazarının ümumi həcmi 2007-ci ildəki 4 milyard ABŞ dolları həddindən, 2010-cu ildə 10 milyard ABŞ dollarına çatıb. Şengen zonasına daxil olan ölkələr biometrik vizaların tətbiqini planlaşdırdıqlarını elan ediblər. Biometrik eyniləşdirmə üzrə yeni texnologiyalar və vasitələr, əvvəlki kimi, dünyanın müxtəlif ölkələrinin hava limanlarında fəal şəkildə tətbiq edilir. Maliyyəçilər, riteylerlər, təhsil müəssisələrinin, hüquq firmalarının, səhiyyə idarələrinin rəhbərləri sırasından yeni sifarişçilər də özləri üçün biometriyanın üstünlüklərini qiymətləndiriblər.


Ardı →

Bioloji göstəricilərdən istifadə etmə(biometriya)

Elektron ödəmələr zamanı insanların bioloji göstəricilərinin istifadə olunmasında məqsəd kredit kart və elektron fırıldaqçılığın minimuma endirilməsidir. Təhlükəsizlikdə məhz bioloji göstəricilərin istifadə olunmasının səbəbi onların üzünün köçürülməsi və eyni oxşarını tapmaq çətin və mümkünsüzdür. İnsanları bioloji göstəricilərinə görə təsbit olunması yeni deyil və mühafizə orqanlarında, bəzi gömrük postlarında və hava limanlarında istifadə olunur. Elektron məkanda, elektron ödəmələrdə isə bu texnologiyadan istifadə vaxtı 8-9 ilə yaxındır istifadə olunur.
Bu gün istifadə olunan əsas bioloji göstəricilər aşağıdakılardır.
  • Barmaq çapı

  • Sifətin tanınması

  • Gözün tanınması

  • Səsin tanınması

  • Kompyuterin yazı xəttinin analizi.

Ardı →