Valyuta konvertasiyasının yeni dövrü

Müxtəlif saytlarda bir-birinə oxşar adi valyuta konvertorların funksionallığı və yorucu interfeysi artıq gündəlik mübadilə edənlərin tələblərinə cavab vermir. Təqdim etdiyimiz məhsul geniş funksionnalığı, xoşagəlimli interfeysi və rahat istifadəsi ilə digərlərindən tamamilə fərqlənir.


Ardı →

Birja

Bazar iqtisadiyyatı şəraitində sövdələşmələrdə bir qayda ola­raq birjalar vasitəçilik edirlər. Birja bazarın xüsusi formasıdır və aşağı­dakı əsas növləri vardır:
1) Əmtəə birjaları;
2) Fond (qiymətli kağızlar) birjaları;
3) Valyuta birjaları;
4) Əmək birjaları.
Davamı →

Birja terminləri

Çox adam işgüzar xəbərlərdə edilən qeydləri biznes dilini bilmədikləri üçün başa düşmürlər. Öküz? Ayı? Dəvəquşu?!  Bütün bu heyvanxananın pula nə aidiyyatı var?  Bununla belə, onlar üçün yaxşı xəbərlər də var: Uoll-stritin söz ehtiyatı ancaq seçmə maliyyə kollecləri məzunlarının ixtiyarında deyil.   Təəccüblüdür, lakin bu faktdır: bu dildə başa düşülməyən və sirli olan heç nə yoxdur. Bundan başqa, investbankirlər və brokerlərın hər biri uşaq bağçasından bildikləri sözlərdən tez-tez istifadə edirlər. Beləliklə, Uoll-stritin “mal-qara damında” istifadə olunan anlayışlar bunlardır.  Onları öyrənmək heç bir əziyyət tələb etmir.


Ardı →

Forex (Foreks) valyuta bazarı haqqında

Foreks bazarında azartlı oyunlar şəxsi maliyyə risklərini əhəmiyyətli dərəcədə artırır. Onun ümumiyyətlə, investisiya prosesi ilə və o cümlədən fond bazarı ilə heç bir əlaqəsi yoxdur. “Foreksçilərin” hakim tezisləri bunlardır: valyuta alverində hər kəs qazana bilər; daim dəyişən valyuta məzənnəsi hesabına gəlir əldə etmək olar. Mühüm əfsanələr dünya kimi qocamandır, lakin camaatı valeh etməkdə davam edirlər. Bu səbəbdən, Foreks haqqında müəyyən həcmdə məlumatlı olmaq faydalı olar.


Bunun üçün kitablar buraxılır, şayiələr yayılır, müvəffəqiyyətli olanların adları nümunə kimi deyilir və bəxtınızı sınamaq təklif edilir. Nəticədə sadəlövh vətəndaşlar investisiyalarla məşğul olmağı oyun oynamaqla qarışıq salırlar. Onun əsl siması vətəndaşlar üçün çəkilən gözəl şəkildən çox fərqlənir. “Foreksçılər” öz bizneslərinin əfsanələrlə əvəz edərək bizneslərinin real təfsilatını az açıqlayırlar.


Ardı →