Birlik istəyirəm

Birlik istəyirəm...Fələstində, Suriyada, İraqda, Əfqanıstanda, Kərkükdə su yerinə axan müsəlman qanının dayanması üçün, atasız-anasız qalan uşaqların fəryadını eşitməmək üçün, hər an ölmək qorxusu ilə yaşayan, əzilən, təhqir edilən müsəlmanların hüzura, rahatlığa qovuşması üçün Birlik istəyirəm… Məsum insanların çəkdiyi maddi-mənəvi əzabların sona çatması üçün Birlik istəyirəm… Dinc yaşamaq üçün, sevgi və etibarın, sülhün, qardaşlığın, bərabərliyin hakim olduğu həyat tərzi üçün Birlik istəyirəm...

Bu birlik olmalıdır. Bizim hal-hazırda görəcəyimiz ən vacib iş bu olmalıdır. Çünki birlik olan yerdə həmişə dirilik olur. Mütəfəkirlərdən biri belə deyib: “Bir olaq, iri olaq, diri olaq”. Uca Rəbbimiz Allah da bütün müqəddəs kitablarında insanlara bir olmağı əmr etmişdir.  Nə qədər ki, aramızda birlik yoxdur, bizi hələ çox bəlalar gözləyir.


Ardı →

Ümmətin ilk birliyi

Əslində bu həccin rəsmi olaraq başladığının da işarəsidir. «Mənasiqinizi məndən öyrənin» (Beyraqi 5/125, 9307) deyən Həzrəti Peyğəmbər həccdə üç yerdə ümmətə xitab etmişdir. İlk xütbəsini Zilhiccənin yeddinci günündə Məkkədə, günorta namazından sonra Kəbədə vermişdir. Digərlərindən fərqli olaraq bu xitabda biri dini digəri siyasi olmaq üzrə iki xütbə yerinə, tək xütbəylə kifayətlənmişdir.
Əslində bu xitab həccin siyasi tərəfini təmsil edən universal bir məlumat idi. Bu məlumat İslam Ümmətinin lideri tərəfindən verilər. O yoxdursa, onun tərəfindən vəzifələndirilən «həcc başçısı» bu vəzifəni icra edər. Hicrətin 9-cu ilindəki həccdə də belə olmuşdur. Hicrətin 8-ci ilində Məkkə fəth olunmuş, 9-cu ilində Rəsulullah Həzrəti Əbubəkri öz yerinə vəkil təyin edərək «həcc əmri» elan etmişdir. Həzrəti Əbubəkr həccin siyasi tərəfini icra etmiş, bunun sayəsində o ilki həcc bir ümmət konqresi olma funksiyasını yerinə yetirmişdir.
Ardı →