Xərcsiz müalicələr

Keçmişdə ev xanımlarının bir boxçası olardı, orda müxtəlif meyvə, yarpaq, kök qurularından ibarət bir ev apteki olardı, indi belə apteklər rayonlarımızda, kəndlərimizdə hələ də var.
Belə müalicənin heç bir ziyanlı tərəfi olmur və olduqca ucuz başa gəlir. Boxçanızı zənginləşdirmək üçün bir neçə reseptlər deyim:
  • Alma yeyən zaman qabıqlarını atmayın, ən keyfiyyətli sirkə alma qabığından alınmış sirkədir. Almanı yeyən zaman tumu ilə birlikdə yeyin, alma tumunda zəngin yod və xərçəng əleyhinə təsir göstərən maddələr vardır.

Davamı →

Mate çayı - pırkal otu

Mate tərkibində yüksək miqdarda matein olan tonuslandırıcı içkidir. Mate çayı pırkal bitkisinin qurudulmuş, xırdalanmış yarpaq və cavan zoğlarından hazırlanır. Pırkal bitkisinin yarpaqları “mate otu” adlanır, çayın hazırlandığı qab da mate adlanır. Lakin ruslar onu kalabas və ya kalebas adlandırırlar və bu söz ispan dilindən tərcümədə balqabaq deməkdir. Mate sözü keçua dilində mati sözündən götürülüb, tərcüməsi balqabaqdan hazırlanmış qab, boşqab deməkdir. Həmin dildə bu söz nə bitki, nə çay, nə də qurudulmuş yarpaq mənasını verirdi, onun bir tərcüməsi var idi: içki içilən qab. Əvvəllər mate “iezut çayı” da adlandırılmışdır.

Əfsanə
Latın Amerikalıların allahı açıq dərili, mavi gözlü Payya Şarume səyahət zamanı meşədə azır və qocanın evində gecələməli olur. Qoca əsrarəngiz gözəlliyə malik olan qızını insanlardan gizlədirdi. Həmin gecə ata ilə qızı onlara təşrif gətirən müqəddəs qonağa yüksək səviyyədə qulluq etməyə çalışırlar. Səhəri günü Allah onlara çoxlu təşəkkür edir, qocaya onun qızını bütün dünya üçün faydalı və sevimli olacaq bir bitkiyə çevirəcəyini söz verir. Beləliklə, yer üzünə mate adlı bitki gəlir…
Davamı →