Hansı bürc hansı bürclə ailə qurmalıdır

Buğa + Xərçəng. Bu ittifaqın ahəngdarlığı ümumi maraqlara, hər şeydən əvvəl də ailə ocağına, uşaqlara bağlılığa əsaslanıb. Lakin hər bir ailədə vaxtaşırı söz-söhbət, anlaşılmazlıqlar olur. Beləliklə, qarşılıqlı məhəbbət və hörmətə baxmayaraq, həm ər, həm də arvad tərəfindən xəyanət gözləmək mümkündür. Belə xəyanətdə müsbət cəhətlər də var, çünki qəribə də olsa, xəyanət ittifaqı möhkəmləndirir. Necə deyərlər, hər şey müqayisədə tanınır. Ailədən kənarda əlaqəsi olan hər bir kəs öz həyat yoldaşında bu vaxta qədər bilmədiyi saysız müxtəlif keyfiyyətlər tapır. Ən əsası isə hər ikisinə aydın olur ki, ev elə bir qaladır ki, orda səni həmişə düzgün başa düşər və bağışlayarlar.
Davamı →

Toy qoroskopu

Deyirlər ki, nigah – iki nikbinin bilinməzliyə doğru uçuşudur. Yəqin ki, bu dogrudan da belədir. Kim qabaqcadan deyə bilər ki, həyat necə alınacaq, qarşıda nə gözləyir? Ailə həyatında qarşıya çıxacaq çoxlu sayda maneələrdən necə uzaq olmaq olar? Nə etməli ki, ailə həyatı uzunömürlü və xoşbəxt olsun? Necə edəsən ki, xəyallarında yanılmayasan? Təəssüf ki, suallar cavablardan çoxdur. Bütün kişilər və qadınlar öz talelərini bir-biri ilə bağlayarkən yalnız xoşbəxtliyə ümid edirlər. Astroloji nöqteyi-nəzərdən nigahın möhkəm və uzunömürlü olmasının ən dəqiq analizini almaq üçün şəxsi qoroskop tərtib olunmalıdır.


Davamı →