Yer səthində istilik və buxarlanma

Təbiətdə suyun dövranının əsas şərtlərindən biri onun bir aqreqat haldan digərinə keçməsidir. Günəş istiliyinin təsiri ilə suyun maye halından qaz halına keçməsi, yəni buxarlanması su dövranının ən vacib həlqəsidir. Buxarlanma il ərzində 1 sm2 səthdən buxarlanan suyun (mm-lə) miqdarıdır. Onun qiyməti Yerdəki istilik və yağıntılardan asılıdır. Yer səthində temperatur ekvatordan qütblərə doğru dəyişdiyindən Yer kürəsi 7 istilik qurşağına — bir isti, iki mülayim, iki soyuq və iki daimi şaxta qurşaqlarına ayrılır. İstilik qurşaqlarının sərhədləri tropiklərdə orta illik, digər enliklərdə isə ən isti ayın orta temperaturunu göstərən izotermlərdən keçir.
Davamı →

Bitkilərin su buxarlandırması. Xəzan

  • Flora
Hüceyrənin əsas hissəsini su təşkil edir. Su mürəkkəb həyat proseslərini təmin edir. Hüceyrə susuz məhv olur. Kök vasitəsilə bitkiyə daim su və suda həll olmuş mineral duzlar daxil olur. Sorulan su və suda həll olmuş mineral duzlar borularla gövdəyə, yarpaqlara və bitkinin digər orqanlarına çatdırılır. Suyun gövdə ilə qalxmasında kök təzyiqi və suyun yarpaqlar vasitəsilə buxarlandırılması böyük rol oynayır.
Bitkilərin suyu buxarlandırması. Torpaqdan daxil olan suyun az bir hissəsi fotosintezə sərf olunur, əksər hissəsi isə əsasən yarpaqlardakı ağızcıqlar vasitəsilə buxarlandırılır. Bitkilərin suyu buxarlandırması prosesi transpirasiya adlanır. Bitkilərdə buxarlanmanın sürəti onların yaşayış şəraitindən asılıdır. Yüksək temperaturda, parlaq günəş işığında, küləkli havada buxarlanma, əlbəttə, sakit və yağışlı havada olduğundan daha sürətlə gedir.
Davamı →