Ölümü Dostunu Qarşıladığın Kimi Qarşıla

Peyğəmbərimiz (s.ə.v) buyurur: «Cəsur mömin ölüm gəldiyi zaman onu çox sevdiyi dostunu qarşıladığı kimi qarşılayar.»

Allah'ın insanların ölüm anında ruhlarını təslim almaqla vəzifələndirdiyi Əzrail (ə.s) həm Allah'ın yaratdığı üstün  mələklərdən biri olduğu, həm də Müsəlmanın ən çox arzu etdiyi şeylərdən biri olan Allah'a qovuşmasına vəsilə olduğu üçün Müsəlmanın ən yaxın dostlarından biridir. Allah bir ayədə ölüm mələyindən belə bəhs edir:

"De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!”" (Səcdə surəsi, 11)

Peyğəmbərimiz (s.ə.v) Müsəlmanın ölümlə bağlı düşüncələri haqda belə buyurub:


Ardı →

Cənnət və Cəhənnəm haqqında pritça...

Ölümündən sonra bir neçə insanın ruhu Cənnətə düşür. Burada onların bütün arzuları dərhal yerinə yetirdi. İstədikləri, dilədikləri həmin an həyata keçirdi. Bax həyat budur!  Yer üzündə nail ola bilmək üçün illərini, hətta bütün ömürlərini sərf etdikləri bütün əlçatmaz olan hər şeyi bir andaca əldə edə bilirdilər. Sadəcə istəmək lazım idi. Onlar hədsiz xoşbəxt idilər. Bu beləcə davam edirdi. Onlar nəinki təsəvvür oluna bilən, hətta təsəvvür oluna bilməyən, ən qarışıq arzular da diləyirdilər. Və nəhayət elə bir gün gəldi ki, onlar artı diləyə biləcəkləri yeni istəklər düşünə bilmədilər. Daxillərində bir boşluq, sıxıntı yaranmağa başlandı. Onlar üzlərini Allaha tutub dedilə:


Ardı →