Qreta Tunberq

Greta ThunbergBu gün az qala bütün dünya məktəbli vegan iqlim aktivisti Qreta Tunberqdən danışır. Bəziləri onun fəaliyyətini sərt tənqid edərək, onun aktivizmini emosiyalar üzərində qurulmuş hoqqa adlandırır, bəziləri isə onu opera müğənnisi anası və aktyor atasının bir layihəsi hesab edirlər. Onlar bunu deyərkən, valideynlərinin qızlarının həyatı barədə kitab yazıb satışa çıxarmalarını əsas gətirir. Amma kim nə deyir desin, fakt göz qabağındadır, az qala bütün dünyada məktəblilər Qretanın səsinə səs verərək, iqlim dəyişikliyinə etiraz edirlər.

Qreta İsveçdə, yuxarıda qeyd etdiyimiz kimi, opera müğənnisi Malena Erman və aktyor Svante Tunberqin ailəsində dünyaya gəlib. Onun Bieta adlı bir bacısı da var. Bütün ailə Qretanın təkidləri sayəsində vegan olmağa qərar verib. Eyni zamanda, Qreta təyyarə ilə uçmağı da etik hesab etmir və ən uzun, günlərlə çəkən səfərlərə belə qatar və ya avtobusla gedir. Ailəsi də, Qretanın təsiri sayəsində təyyarə uçuşlarından imtina etməli olub. O özü məhdudiyyətlər barədə belə deyir: «Mənim üçün bunların heç biri qurban deyil, çünki bunlara ehtiyacım yoxdur. Bəzi insanların bunu qurban olaraq gördüklərini anlayıram».
Davamı →

Cəsarəti ilə dünyanı dəyişən 5 qız

1. Ruby Bridges
1960 ildə 6 yaşında olan Ruby, hökümətin verdiyi qərarla o il ağdərililərlə birlikdə oxuyacağı məktəbə gedəcəkdi. Məktəbin qarşısında kütlə Ruby-yə qarşı yığışmışdı. Polis qoruması altında məktəbə daxil oldu. O gün məktəbə heç kim gəlmədi, heç bir müəllim dərs demək istəmədi. Ailəsi işlərindən çıxarıldı. Buna baxmayaraq, o hər gün məktəbə getməyə davam etdi. Vətəndaş Haqqları Hərəkatının ikonuna çevrildi.

Davamı →