Türklərin 4 min illik dostu

Ötən il Rusiya Zooloqlar Cəmiyyəti “ən mistik” və “Azadlığına ən çox bağlı heyvan hansıdır?” — deyə bir sorğu keçirdi. İlboyu davam edən və 5 ölkədən 10 min insan arasında keçirilən sorğunun yekunlarına görə, respondentlər canavarı nəinki ən mistik və azadlığına bağlı heyvan, həm də ən sirli varlıq kimi xarakterizə ediblər. Sorğu Azərbaycanı əhatə etməsə də, yəqin, siz də razılaşarsınız ki, eyni nəticəni bizdən də gözləmək olardı. Çünki istər folkloru, istər mədəniyyəti, istərsə də dini inancları bizim qədər canavarla bağlı olan çox az xalqa rast gəlmək mümkündür.

Ardı →

Canavar, keçi və kələm...

Bir kişinin bir keçisi, bir canavarı və bir kələmi vardı. Kişi kiçik bir qayıqda çayı keçməli və bunları özləri ilə bir-bir keçirməli idi. Əgər kişi birinci canavarı keçirsə, quzu kələmi yeyəcək.Əgər birinci keçini keçirib soonra canavarı keçirsə, kələmi götürməyə gələndə canavar keçini yeyəcək.Bu halda necə etməli?
Davamı →

Canavar

Canavar- canlı təbiətin bir hissəsi olub, ağıllı və cəsarətli yırtıcı heyvandır. Bir çox əsatirlərdə onun faydalı və ziyankar olduğu göstərilir.
Hələ min illər bundan əvvəl insanlar əkinçilik və heyvandarlıqla məşğul olmamışdan qabaqcanavarla yaxın əlaqədə olmuşlar.
Amerika alimi D. Miç qeyd edir ki, canavar olan ərazidə sığınlar əkiz doğur. Canavar olan qoruqlarda dırnaqlı heyvanlar sürətlə çoxalır. Bəzən çobanlar sürüdə xəstəliklərin baş verməsini canavarda görürlər. Lakin bu fikir düzgün sayılmır.
Canavar ən təkmilləşmiş yırtıcıdır. O, maşından, silahlı adamdan və s. asanlıqla qoruna və gizlənə bilir. Bəzən yaxınlıqda olan sürünün hesabına qidalandıqdan sonra daha ona yaxın gəlmir.
Davamı →

Sədaqətli canavarlar

İnsanlar canavarlar haqqında nə bilir? Hər kəs onları qəddar, xain, təhlükəli, məkrli bilir və fikirləşir ki, onları məhv eləmək lazımdır. Bunu onları tanımayanlar belə düşünür. Əslində canavarlar çox nadir hallarda insanlara hücum edirlər. Onlar yalnız ac qalmamaq üçün ov edirlər və qətiyyən insanlarla işləri yoxdur. Təklif edirəm ki, canavarların bu zəngin və əslində məsum olan dünyasına birgə səyahət edək.

Ardı →