Canlı aləmi tarixinin ən əsas dəlilləri: Fosillər

Fosil nədir?
Fosil uzun illər əvvəl yaşamış canlıların quruluşlarının təbii şərtlər altında qorunaraq dövrümüzə gəlib çatan izidir. Fosillər bəzən canlı orqanizminin bir hissəsinin, bəzən də canlının həyatda ikən qoyduğu izlərin (buna iz fosil deyilir) dövrümüzə gəlib çatmasıdır. Ölmüş heyvan və bitkilərin çürümədən, qorunaraq yer qabığının bir hissəsinə çevrilməsi ilə fosil əmələ gəlir. Fosilləşmənin baş verməsi üçün heyvan və ya bitkinin üzəri  palçıq təbəqəsi ilə örtülməli və sonra  ani və sürətli şəkildə gömülməlidir. Bu gömülməni, əsasən, kimyəvi proses izləyir. Bu prosesdə baş verən mineral dəyişikliklə canlı və ya bitki orqanizm qorunmuş olur.

Fosillər canlı aləmi tarixinin ən əsas dəlilləridir. Dünyanın müxtəlif bölgələrində əldə edilmiş yüz milyonlarla fosil var. Fosillər canlının tarixi və quruluşu haqqında əsas məlumat verir. Milyonlarla fosil canlıların ani surətdə kompleks quruluşda, tam şəkildə üzə çıxdığını və milyon illər ərzində heç bir dəyişikliyə məruz qalmadığını göstərir. Bu isə canlıların yoxdan var edildiyinin, yəni yaradıldığının mühüm sübutudur. Canlıların mərhələ-mərhələ əmələ gəldiyini, yəni təkamül keçirdiyini göstərən bircə fosil də yoxdur. Təkamülçülərin ara keçid fosil olduğunu iddia etdikləri bir neçə fosil nümunəsinin saxta olduğu elmi cəhətdən sübut edilmişdir. Eyni zamanda, darvinistlərin ara keçid fosil kimi dünyaya tanıtdığı bəzi nümunələrin saxta olması onların bu məsələdə saxtakarlıq edəcək qədər çarəsiz olduqlarını göstərir. 150 ildən çoxdur ki, dünyanın hər tərəfində aparılan qazıntılarda əldə edilən fosil qeydləri balıqların daima balıq, həşəratların həşərat, quşların quş, sürünənlərin sürünən olduğunu sübut etmişdir. Canlı növləri arasında keçid olduğunu, yəni balıqların sürünənlərə, sürünənlərin quşlara çevrildiyini göstərən bircə fosil də tapılmamışdır. Bir sözlə, fosil qeydləri təkamül nəzəriyyəsinin əsas iddiası olan növlərin uzun proseslər nəticəsində dəyişikliyə məruz qalaraq bir-birindən təkamüllə əmələ gəldiyini qəti təkzib etmişdir.


Ardı →