Saqqız udsam nə olar?

?“Saqqız udsam nə olar?”

İngilis Daily Mail qəzeti, hər bir insanın uşaqlıq dövründə tez-tez soruşduğu ancaq çox vaxt cavabsız qalan məşhur sualı həkimlərdən soruşub: “Saqqız udsam nə olar?”
Uşaqlıqda bu suala ümumiyyətlə, saqqızın bağırsaq divarına yapışıb orada illərlə həzm edilmədən qaldığı və.s bu kimi əfsanəvi cavablar verilirdi. 

Hətta  bunu  şişirdib saqqızın. ürəyin ətrafına sarıldığını söyləyənlər də olub. Bəs, əslində, saqqız udularsa nə olar? Bədənimizdə nə kimi dəyişikliklər baş verər?

Mütəxəssislərə görə, saqqızın həzm edilməsi xeyli güclü bir maddə olduğundan mədədən çox vaxt həzm olunmadan keçir. Eyni şəkildə bağırsaqlardakı uzun yolu da heç həzm edilmədən yəni həll olunmadan keçən saqqız eynilə gəldiyi kimi bədəndən çıxır və son dayanacağı  isə olan kanalizasiya olur.

Lakin saqqıza vurulan süni qatqılar, rənglər uşaq orqanizminə zərərlidir. Ağız boşluğundan qana sorulma prossesinə kimi orqanizm üçün təhlükə yaradır. Uşaqlara saqqız əvəzinə arı mumunu saqqız kimi çeynəməyi vərdiş etdirmək məsləhətdir.
Beləcə həm uşağınıza saqqız almış olarsınız, həm də uşağın orqanizmini süni maddələrdən qorumuş olarsınız.
Davamı →

Müdriklər və fatehlərin həyatından

     Soyuq suda bişən balıq. Qədim yunan filosofu Ksenofon öz hazırcavablığı ilə məşhur idi. Bir dəfə kimsə ona deyəndə ki, qaynar suda yaşayan balıqlar görüb, Ksenofon dərhal cavab verir:«Onda gərək onları soyuq suda bişirək».

    Dialoq. Qədim Çin filosofları Çtuan-Tszi və Xuçşi çayın üzərində salınmış körpüdə gəzişirmişlər. Çtuan-Tszi deyir: «Bu balıqlar suda necə böyük ləzzətlə oynaşırlar, balıq həyatının həzzi bundadır». Xuçşi deyir: «Sən ki balıq deyilsən, balığın nədən həzz aldığını hardan bilə bilərsən?». Çtuan-Tszi dərhal cavab verir: «Sən ki mən deyilsən, hardan bilə bilərsən ki, mən balığın nədən həzz aldığını bilmirəm!»

    Köpək. Bir nəfər Diogeni izdihamlı bir yerdə oturub çörək yediyini gördükdə filosofa demişdir: -Sən evdə deyil, köpək kimi meydanda, adamların arasında yeyirsən. Diogen deyir: -Qardaş, köpəklər, adətən, çörək yeyən adamların yanını kəsdirib durduqları kimi sən də mənim yanımda şöngəyib durmusan.


Ardı →