Dəllək | Cəlil Məmmədquluzadə

Sadıq kişinin on yaşında oğlu Mәmmәdvәlinin gözlәri ağrıyırdı. Bir gün uşaq anasına dedi:
 
“Axı, Kәrbәlayı Qasımın oğlu Әhmәdin dә gözlәri ağrıyırdı. Dünәn Әhmәdnәn arxın kәnarında oynuyurduq. Әhmәd burun qanadan otnan burnunu qanatdı. Elә burnundan bir az qan axan kimi, Әhmәdin gözlәri yaxşı oldu.
 
“Bala, get sәn dә burnunu qanat!” — anası Mәmmәdvәliyә dedi.
 
Mәmmәdvәli getdi, otların içindәn haman tikanlı otu tapdı, sol әli ilә otu soxdu burnunun deşiklәrinә, sağ әli ilә yumruğunu düyüb vurdu sol әlinin altından vә Mәmmәdvәlinin burnundan qan başladı axmağa.
 
Yarım saat qәdәrincә qan axdı. Mәmmәdvәli barmaqları ilә burnunun deşiklәrini tutdu ki, bәlkә qan kәsilә, amma qan kәsilmәk bilmәdi. Axırı anasını çağırdı. Anası dәxi qanın kәsilmәyinә bir çarә tapmadı. Bu heyndә Sadıq kişi әlindә әt sәbәti bazardan evә әt gәtirdi. Övrәt üzünü tutdu Sadıq kişiyә:
Davamı →