Niyə günəş kremindən istifadə etməliyik?

Əslində sadəcə yaz və yay aylarında deyil, bütün il boyu istifadə edilməli olan bu kremlər, dərimizi günəşin mənfi təsirindən qoruyur. Bildiyiniz kimi dərimizin öz təbii qoruyucu faktoru melanindi, amma melanin istədiyimiz kimi eyni təbəqə şəklində dərimizi örtmür, bəzi yerlərdə çox, bəzi yerlərdə az olur. Və nəticədə dəridə ləkələr əmələ gəlir. Bunun qarşısını almaq üçün SPF kremlərinin istifadəsi mütləqdir.

Bundan əlavə, dəri xərçənginin əmələ gəlməsində günəşin (daha doğrusu UV dalğaların) rolu artıq isbatlanıb. Bunun da qarşısını almaq üçün günəşdən qoruyucu kremlərin istifadəsi lazımdır.
Davamı →

Dərinizə lazım olan 8 təbii məhsul

Aloe vera
Bu sərinləşdirici və xəfif nəm qaynağı olan bitkini isti havalar üçün ideal hesab edirik. Amma qışın soyuq havalarında dərimizdə yaranan çatlamaları, qurumanı da mükəmməl şəkildə aradan qaldırır.

Bal
Dərini yumşaldan və qurumasının qarşısını alan bal, təbii antibakterialdır. Bu səbəblə də, nəmləndirici məhsullarınızın tərkibində mütləq bal olmalıdır.

Çobanyastığı
Quruyan dəri asanlıqla qızarır və zədələnir. Əgər siz də, belə dəri problemlərilə qarşılaşırsınızsa çox düşünmədən çobanyastığı tərkibli dəriyə qulluq məhsullarından istifadə edə bilərsiniz.

Davamı →