Dəstəmaz almağın faydaları...

Dəstəmaz almaq yüksək təzyiqi düşürür, baş ağrısını yüngülləşdirir,

yorğunluğu və əsəbi aradan qaldırir. Dəstəmaz alarkən yumalı

olduğumuz yerlərə: əllərimiz, ayaqlarımız, boyunun ardı və

başımızın ortasına mütləq su dəyməlidir. Cünki, adı çəkilən yerlərdə

insanın sinirləri ən üzdə olduğu üçün su dəyərkən bədən sanki

oyanır, fəallaşır, daha aktiv olur.


Davamı →

Təyəmmüm

Yeddi vəziyyətdə dəstəmaz və qüslün yerinə təyəmmüm almaq lazımdır:
I. Dəstəmaz və qüsl üçün su hazırlamaq mümkün olmasın.
Məsələ 655: Əgər insan abad bir yerdə olarsa, dəstəmaz və ya qüsl suyu tapa bilmək üçün ümidi kəsilincəyə qədər axtarmalıdır. Əgər həmin yer dərə-təpəli və ya ağacların çoxluğundan oraya getmək çox çətindirsə, vacib-ehtiyata əsasən qədim zamanlarda yayla atılan bir ox atışı məsafəsi qədər dörd tərəfə su axtarmaq üçün getməlidir. Əks təqdirdə hər tərəfə iki ox atışı ölçüsündə axtarış etməlidir.


Ardı →