Dəvə əti

Dəvə ətindən qədim zamanlardan isitifadə edilib. İslam dini dəvə ətini müsəlmanlar üçün halal sayır. Dəvə əti qədim zamanlardan əksər ölkələrin mətbəxində əsas qida vasitəsi sayılıb. Buna səbəb isə uzaq səfərlərə çıxan zaman ətin uzun müddət saxlanıla bilməsi olub. Dəvələr uzun müddət aclığa və susuzluğa davam gətirə bilən heyvanlardandır.

Səfərə çıxanlar özləri ilə həmişə dəvə götürürlərmiş. Səyyahlar dəvənin dözümlülüyündən həm nəqliyyat vasitəsi kimi, həm də qida vasitəsi kimi istifadə ediblər. Dəvə ətinin bütün dünya mətbəxlərinə yayılmasında səyyahların rolu olub.

Qədim zamanlarda İran və Romada dəvə ətindən delikates kimi istifadə edilib. Monqolustanda onun yağından istifadə olunub. Yaxın Şərqdə, Şimali Afrikada və Orta Asiyada dəvə ətindən daha çox istifadə edilir. Şərq ölkələrində dəvə ətinin impotensiyanı aradan qaldırması haqda söyləntilər var.
Davamı →