Loqopediya nədir?

Loqopediya  — nitq inkişafı zamanı əmələ gələn qüsurların aradan qaldırılması və qarşısının alınması ilə məşğul olan pedaqoji elm sahəsidir. Nitq, insana məxsus olan ali psixi funksiyadır. O, uşağın bütün psixi həyatında mühüm rol oynayaraq onda əsas idrak proseslərinin formalaşmasına şərait yaradır. Sözsüz ki, uşağın nitq inkişafında baş verən pozğunluq, onun bütün psixi proseslərinin formalaşmasına çox böyük mənfi təsir göstərə bilər. Bu pozulmalar nəticəsində ətraf mühitdə ünsiyyət yaratmaq çətinliyi ilə yanaşı, idrak proseslərinin düzgün formalaşmaması, bilik, bacarıq və vərdişlərinin qavranılmasında ciddi qüsurlar əmələ gəlir. Bütün bunlar da uşağı ən vacib vasitədən – özünütəsirlənmədən məhrum edir, onda davranış dəyişmələri, neqativizm, inamsızlıq yaradır. Nitq qüsurlarının aradan qaldırılması və qarşısının alınması şəxsiyyətin harmonik inkişafına kömək edərək, bilikləri qazanmaq üçün mövcud maneələri aradan qaldırır.


Davamı →

Uşaqlarda dil və danışıq

Retorya Dil, Danışma və İnkişaf Mərkəzinin qurucusu, Mütəxəssis Dil və Danışma Terapevti Çağdaş Karsan ilə uşaqlarda dil və danışıq terapiyası mövzusunda geniş bir reportajı sizə təqdim edirik.
Övladınızın dil inkişafı və danışması ilə bağlı hər hansı bir problem varsa, xahiş edirəm daha gecikməyin, hərəkət edin!
1. Danışıq və dil terapiyası nədir? Kəkələmə, artikulyasiya pozqunluğu, gecikmiş dil, sürətli danışıq kimi bütün dil və nitq pozğunluqları üçün faydalıdır?

Davamı →