Çiyələkli spungle

Tərkibi:
Çiyələk – 500 qr.
Vanil – 1 paket
Kakao – 3 x.q.
Süd – 1 litr
Yumurta – 3 ədəd
Un – 3 x.q.
Şəkər – 1.5 stəkan

Hazırlanması:
Süd və yumurtaları orta ölçülü bir qazanda yaxşıca qarışdırın. Un, şəkər, vanil və kakaonu da sıra ilə əlavə edin, orta dərəcəli qaz sobasında tündləşənə və qatılaşana qədər bişirin.
Davamı →

Bananlı desert

Tərkibi:
5 banan
1 limon
3 x.q. şəkər tozu
1 x.q. kərə yağı
300-400 q qaymaqlı dondurma
100 q şəkərli peçenye
25 q şokolad

Hazırlanması:
Sobanı 220 dərəcə qızdırın. Formanı bolluca kərə yağı ilə yağlayın. Bananları təmizləyib hər birini uzununa bölün.
Davamı →

Kəşküli-füqəra

Tərkibi (6 pay):
3 x.q. düyü unu
1,5 x.q. nişasta
1 l süd
2 st. şəkər tozu
1 armudu st. badam unu
1 x.q. üyüdülmüş fıstıq

Üzərinə:
qaymaqlı dondurma
fıstıq

Hazırlanması:
Düyü unu ilə nişastanın üzərinə bir qədər süd əlavə edib qarışdırın. Südün qalanını şəkər tozu və badam unu ilə qarışdıraraq ocağın üzərinə qoyun. Qatılaşanadək bişirin. Üyüdülmüş fıstığı əlavə edib qarışdırın və ocaqdan götürün. Kremankalara paylaşdırıb soyudun. Otaq temperaturunda olarkən soyuducuya qoyun. Süfrəyə verərkən üzərinə qaymaqlı dondurma topu qoyun, fıstıq səpin. Nuş olsun!
Davamı →

Qarpız slaşı


İnqrediyentlər:

Buz – 6 ədəd,
Qarpızın meyvə əti – 500 q.,
Bal – 1 ç.q.

Hazırlıq:
Qarpızı tumlardan təmizləyib kublara bölün.

Buzu blenderdə üyütmək, sonra blenderə qarpız əlavə edib ən azı bir dəqiqə qarışdırmaq lazımdır.

Sonda isə bal əlavə edib daha 10 saniyə qarışdırmaq lazımdır.
Davamı →

Südlü, kremli desert

Tərkibi:
2 limon
1 stəkan süd
1 stəkan krem
2 top vanilli dondurma
5-6 kub buz
təzə nanə yarpaqları
1 stəkan toz şəkər

Hazırlanması:
Limonları yaxşıca yuyun. Dörd yerə bölün.
Üzərinə toz şəkər əlavə edib əlinizlə yaxşıca ovun.
Üzərini örtüb 2-3 saat gözlədin. Süzgəcdən keçirib suyunu süzün.
Süd, dondurma, krem, limon suyu, buz və nanə yarpaqları blenderdən keçirilir.
Hazır olduqdan sonra limon dilimləri ilə süfrəyə verin.
Davamı →

Bananlı desert


Ərzaqlar:

1 ədəd banan
Ağ çörək 2-3 dilim
qatılaşdırılmış süd
kişmiş
şokolad


Hazırlanması:
Ağ çörək kiçik kublar şəklində kəsilir. Banan halqa şəklində dilimlənir.
Banan, çörək, kişmiş və  qatılaşdırılmış süd birlikdə qarışdırılır.
Daha sonra alınan məhsulu soyuducuya qoyun. Çıxardıqdan sonra üstünə  rəndələnmiş şokolad səpin. Nuş olsun!
Davamı →

Armud deserti

Armud desertinin hazırlanma qaydası çox rahatdır.

Armudu soyun, 1 litirlik qaragat suyuna 200 qr şəkər və tökün və sirop halına gətirin.

Armudları 5-6 dəqiqə qaynadın.
Qaynadıqdan sonra ortadan bölün, içini çıxardın, 1 saat soyucuda saxlayın, sonra içinə dondurma doldurun. Sonra 2 dəfə yumurtaya, 2 dəfə suxurıya batır və soyducuda 1 saat saxlayın.
Çıxatdıqda bol, qaynar duru yağda 5-6 dəqiqə qızardın və desert hazırdı.
Nuş olsun!
Davamı →

Vişnəli pudinq

Tərkibi:vişnəli pudding
1 lt süd
3 yemək qaşığı düyü unu
1 stəkan şəkər tozu
1 yemək qaşığı kakao
1 yemək qaşığı nişasta
1 paket vanil
1 yemək qaşığı yumşaq marqarin
1 stəkan hazır vişnə sousu

Hazırlanması:
Dərin bir qazana südü tökün. Şəkər tozu, düyü unu ,kakao, nişasta və vanili əlavə edin. Orta dərəcədə qarışdıraraq tündləşənə qədər bişirin.
Pudinqi ocaqdan götürməmişdən əvvəl marqarini əlavə edib qarışdırın. Pudinqi götürüb ilıq olmağı üçün gözləyin. Sonra vişnə sousunu əlavə edib mikserlə 2-3 dəq çırpın. Sonra soyuducuya qoyun. Soyuduqdan sonra süfrəyə verin. Nuş olsun.

 


Davamı →