Dilimizin gerçək dəyəri

Çölçü olaraq bugünlərdə sosial şəbəkələrdə, dilimiz, dilimizin yenilənməsi, alınma sözlərdən təmizlənməsi yönündə apardığımız işlərlə bağlı çoxlu dartışmalar və qınaqlarla qarşılaşırıq. Buna görə, önəmli saydığımız bir neçə qatı daha aydın şəkildə ortaya qoymaq istədik.
Çölçülər və dilimiz
Çölçülər dilimizi çağlaşdıraraq əski yanaşmalara qarşı çıxıb, müxtəlif dillərdən alınan sözlərdən qurtularaq dilimizi duruldub, onu daha özləşdirib, daha milliləşdirib, daha özünəməxsuslaşdırıb, ticari güc qatmağa başlayıb. Bu çalışma dilimizi daha zəngin, daha duru və daha uca etməyə yönəlib.

Davamı →

Həqiqət budur

Bir ərəbdən soruşursan ki, sən kimsən?
Deyir: – Ərəb!
-Sən nə dindəsən?
—İslam.
—Nə dildə danışırsan?
—Ərəb.
İslam olmayan ərəbdən də bu sualları etsən, cavabında deyər ki, mən ərəbəm, dinim xristian dinidir, dilim ərəb dilidir.
Bir farsdan da bu əhvalatı soruşsan, deyər ki, mən farsam, dinim islam dinidir, dilim fars dilidir. Bir ləzgidən də bunu soruşsan, deyər ki, özüm ləzgiyəm, dinim əlhəmdülillah, islamdır, dilim də ya alaz, ya əmdi, ya qumuk, ya çərkəz və s. dilidir. Həmçinin rus, erməni və sairə. Amma bizim bir nəfərimizdən sor ki,
—Sən kimsən? Deyər müsəlmanam.
—Hansı millətdənsən?
—Müsəlman millətindən.
—Nə dinindəsən?
—Müsəlman dinindən.
—Nə dili danışırsan?
—Müsəlman dili.
Halbuki özü türkdür, dini islam dinidir, dili də türk dilidir. Daha burasını düşünən yoxdur ki, müsəlman adında millət yoxdur, müsəlman adında dil yoxdur, müsəlman– yəni islam dinini qəbul etmiş bir adam deməkdir. Din başqa, dil başqa. Din başqa, milliyyət başqa. Dində dil yoxdur, dində milliyyət də yoxdur. Əgər bu gün yaponlar islam dinini qəbul etsələr, onlar ancaq din cəhətincə müsəlman olarlar, amma dil və milliyyətcə yapon qalırlar.

Üzeyir Hacıbəyov
Davamı →

Azərbaycan dilini söymək

Bunu anlamak ücün yazını sona qədər oxumak lazım

Günlərdir TV-lərdə Flora Kərimova-Tahirə, Vasif Məhərrəmli-Vüqar, Elza Seyidcahan, Nusabə Ələsgərli, Nadir Qafarzadə və baskalarının mediya ile savası barədə süjetlər efirə gedir. Bir sozlə bir zamanlar barəsində bir cümlə yazilması ücün qəzetlərə az qala minətci salan bəzi sənət adamları Tv-lərə ayaq acandan sonra cönüb olublar bir qəzetci düşməni. Əslində fikrimcə onlar düz edirlər. Axı qəzetcilərdədir günah. Adama deyərlər ki, bu kəndini bəyənmis nüsabələri, elzaları, nadirləri, natavanaları, nə bilim kimləri bu millətə sırıyanda bilmirdiniz ki, belə olacaq. Nə isə bu məsələnində üzərində cox dayanmaq istəmirəm. Cünku, efirimizdən evimizə gündə yüzlərlə tör-töküntü girir. Bizdə istəməyərəkdən onların sərsəmləməsinə qulaq asmak məcburiyyətində qalırık. Mən bu müğəniciklərdən deyil, sözün əsil mənasında sənətkar saydıqım, səsi və səxsiyyəti qarsısında daim sayqıyla dayandıqım, evində cörək kəsdiyim Xalq artisti Flora Xanım barədə yazacam. Yəni digər özünü sənətkar adlandıran sənətkarcıklardan fərkli olaraq dühi saydıqım FLORA xanima etirazımı edəcəm.


Ardı →

Dil mədəniyyətini qorumalı

Dünya sənin səsinlə danışanda sən kim olduğunu bilməlisən. (Britt Edval)


Qəzetçilərə nəzərən radio – televiziya jurnalistləri öz materiallarının son versiyaları üzərində daha çox hakimiyyətə malikdirlər. Qəzetin redaktoru və ya məsul katibi bir və ya bir neçə abzası atmaqla, sərlövhəni dəyişməklə, öz mülahizəsinə uyğun şəkillər seçməklə bəzən jurnalistin məqaləsini tanınmaz hala sala bilər. Radio və televiziyada isə reportyorun efirdə səslənən nitqini dəyişdərmək mümkün deyil. Mətnin dinləyicilər və tamaşaçılar tərəfindən qavranılması və başa düşülməsi materialın necə təqdim olunmasından çox asılıdır.

Elektron vasitələrində yaxşı effect alınmasında səs mühüm rol oynayır. Səs və intonasiyanın köməyi ilə reportyor öz hisslərini verə bilir, öz mətninidə ən vacib olan şeyi nəzərə çarpdıra bilir. Radioda səs qrafikadır. Nitq və səs televiziyada da cox vacibdir. Səslənmənin özü, əlbəttə, məşq etməkdən və səsi cilalamaqdan asılıdır, ancaq reportyorun özünə inamı və peşəkar hazırlıq səviyyəsi heç də az əhəmiyyətli amillər deyildir. Bunu etiraf etmək nə qədər ağır olsa da, efirdə işə başlamaq həmişə çətindir. Gözəl, ürəyəyatan səs heç də müvəffəqiyyətin rəhni deyildir. 


Ardı →