Doğum günün mübarək, Hikmətim!

...İlahi, bu nə ağrıdı?! Elə bil başımın içində mina partdıyıb. Taqətim də yoxdu bir hərəkət eləməkçün, hər yerim də ağrıyır. Elə bil üstümə tonlarca yük yükləyiblər. Bəlkə də bu dəyqə yerimdən tərpənmək mənə indiyə qədər tapşırılmış bütün işlərdən daha çətindi. Aman Allah, bu nə ağırlıqdı çöküb üstümə?! Nə oldu mənə?! Sadəcə yuxuya getdiyimi xatırlayıram. Ama bugün işdə bu qədər yorulacaq, taqətdən düşəcək bir iş də görməmişəm axı… Hal hazırda uzandığım yer də yatağıma bənzəmir. Qoxu da otağımın qoxusu deyil. Otağımın divarlarından da siqaret iyi gəlir ama burda belə bir iy hiss olunmur. Yox, səhər açılmayıb hələ ki… Yoxsa, Alim zəng eliyərdi. Hər gün səhər o oyadır onsuz məni işə gecikməməyimçün. Zəngin səsinə ayılmayan, ayılsam da söyə-söyə söndürüb təzdən yatan zibil olduğumu bilir, ona görə… Demək ki, hələ gecədir. Şübhələrim daha da artır. Bədənimi soyuq tər basdı. Ürək döyüntülərim də artır. Həyəcanlanıram deyəsən. Fikrimdə daha da qətiləşirəm. Bura heç mənim otağıma bənzəmir. Gecə saatdan asılı olmayaraq aşağıdakıların səsi gəlməli idi axı. Vaxtını gecə klubunda keçirənlərin, birbiriylə söyüşən fahişələrin səsi gəlməli idi axı… Ah, titrəməyə başlayıram artıq. Bir gün o fahişələrin səsini eşitməyimi bu qədər çox istəyəcəyim heç ağlıma da gəlməzdi. Hardayam mən?! Gözlərimi açmalıyam.... 


Ardı →