Bəkməz (Doşab) faydaları və hazırlanılması.

Miraslarımızdan bizlərə nələr qalıbsa hamısı faydalı və lazımi qidalardır. Bu yazını mən ona görə yazıram ki, son dövrlər sosial şəbəkələrdə bəkməzin heç bir xeyri yoxmuş kimi fikirlər səslənilir. Guya bəkməz qaynayan zaman tərkibi parçalanır, heç bir vitamini, mineralı qalmır, xərçəng əmələ gətirir və s. Bəkməz başdan-başa bir mineral qaynağıdır. Əgər bənizi solmuş, qanı az olan birisini görsəniz ona gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı bəkməz içməsini söyləyin və 15-20 gündən sonra həmin insanın necə dəyişdiyini görəcəksiniz.
Davamı →

Doşabın növləri və faydaları

Doşab müxtəlif meyvələrdən qaynadılaraq hazırlanan şəkərli, qatı mayedir. Onun digər adı isə bəkməzdir. Xurma, üzüm, tut, armud doşabı kimi növləri olan bu qiymətli məhsuldan bir çox valideynlər uşaqlarda iştahanı artırmaq üçün istifadə edirlər. Lakin doşab təkcə iştahanı artırmaq üçün deyil, həm də müalicəvi əhəmiyyətə malikdir.

Onun faydaları inanılmaz dərəcədə çoxdur. Məsələn, çox yaxşı antioksidant olan doşab, eyni zamanda qan azlığını aradan qaldıran qidaların arasında ən önəmlisidir.

Doşab bəzi rayonlarda yetişdirilən bal armudundan hazırlanır. Bunun üçün armudun meyvələrini iki hissəyə ayırıb, sıxıb şirəsini çıxardırlar. Alınmış şirə qatı şərbət halına düşənə qədər qaynadılır. Nəticədə əldə edilən armud bəkməzindən iştaha artırıcı və həzm prosesini yaxşılaşdıran dərman kimi işlədilir.
Davamı →