Dollar Haqqında qısa Məlumat

 ABŞ dolları — Amerika Birləşmiş Ştatlarınin Rəsmi Pul Vahididir.Federal Ehtiyyatlar Sistemi Tərəfindən Çap olunur. ABŞ-la yanaşı Bir çox Ölkələrdə də Dollardan istifadə edilir.2004-cü ildə dünyada 950 milyard ABŞ dollarınin olması ehtimal edilirdi.Dolların Beynəlxalq İşarəsi  ,Kodu USD-dir.Dollar üzərində Olan simvolik şəkillər müxtəlif cür izah edilir (Kayzen-də bu haqda məlumat var). Dollar əskinazları üzərində müxrəlif şəxlərin şəkilləri var.Hal-Hazırda 1,2,5,10,20,50 və 100 dollar mövcuddur.




Dollar əskinazlarının üzərində şəkli olan insanlar kimlərdir?

1 Dollar; George Washington
2 Dollar; Thomas Jefferson
5 Dollar; Abraham Lincoln
10 Dollar; Alexander Hamilton
20 Dollar; Andrew Jackson
50 Dollar; Ulysses S. Grant
100 Dollar; Benjamin Franklin

Davamı →

2015-ci ildə pulunuzu necə dəyərləndirməlisiz?

 “Dövlət əmanətlərin cəlb olunması üçün uzun müddətdən bəri güzəşt tətbiq edirdi. Son iki ildə bu güzəştin müddəti artırılsa da, artıq hökumətin tezliklə əmanətlərdən əldə olunan gəlirlərə vergi tətbiq edəcəyi məlum idi”. Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, iqtisadçı ekspert Samir Əliyev deyib.

Onun sözlərinə görə, bank sektoruna etibarın artması və indiyədək tətbiq olunan güzəştlər sayəsində əmanət büdcəsi 7 milyard manata çatıb: “İllik 10 faiz nəzərdə tutulan verginin tətbiq olunması illik 7 milyon manat deməkdir. Lakin hökumət yenə də bu vergini tam tətbiq etmir, müəyyən differensiallıqla tətbiq etməyə başlayır. Bu o deməkdir ki, əgər əmanətdən il ərzində əldə olunan gəlir 500 manata qədərdirsə, vergi tətbiq olunmur. Məsələn, əgər banka illik 10 faizlə 5000 manat vəsait qoymuşuqsa, bizim illik gəlirimiz 500 manat olacaq. Bu gəlirdən vergi tutulmayacaq. Lakin əmanətdən əldə olunan qazanc məsələn 550 manatdırsa, bu zaman 500 manat çıxılacaq, qalan 50 manatın 10 faizi həcmində vergi tətbiq olunacaq”.

Ardı →

Dolların sirləri

Amerika Birləşmiş Ştatlarının keçdiyi tarix yolunun digər qədim dövlətlərə nisbətən çox qısa olmasına baxmayaraq, o bir çox nəhəng dövlətləri geridə qoydu və dünyanın ən hegemon dövlətinə çevrildi. Bu günlərdə də hər şeyin necə belə sürətli şəkildə baş verməsi hamıda maraq oyadır. XVIII əsrin II yarısından bir dövlət kimi fəaliyyət göstərən ABŞ bu cür ildırımsürətli inkişafa bir çox yollarla nail olmuşdur. Lakin bu yollardan ən əsası iqtisadiyyatdır.
ABŞ ilk öncə inkişafa nail olmaq üçün öz unikal iqtisadi sistemini yaratdı. Bunun əsası 1789-cu ildə “The Department of Treasure”nin yaradılması ilə qoyuldu. Onun nəzdində fəaliyyət göstərən Federal Sərvətlər Bürosunun belə bir deyimi var: “Bizim iqtisadi sistemimizdə pullar borca verilir və borc da öz növbəsində pullar gətirir. Pul qazanmağın ən optimal variantı onu kiməsə kredit verməkdir”.
Davamı →