Dondurulmuş meyvələr nə üçün daha xeyirlidir?

Bir çox insanlar düşünür  ki, təbii meyvələr dondurulmuş meyvələrdən daha xeyirlidir.

Yalnız  son araşdırmalar göstərir ki, qısa zaman ərzində dondurulmuş meyvələr  tərkibində olan xeyirli xüsusiyyətlərini, günlərlə mağaza rəfləri ndə qalan meyvələrdən daha çox qoruyub saxlayırlar. Bəlli olub ki, dondurulmuş meyvələrin 70% - nin tərkibində vitamin və antioksidantlar təbii meyvələrdən daha çoxdur.

Bu faktın təsdiqlənməsi üçün ingilis alimləri bir çox araşdırmalar aparmışlar. Nəticədə bu teoriya dəqiq olaraq təsdiqlənmişdir. Bu ona əsaslanır ki, C vitamini, polifenol, lyutein, mikroelementlər və digər xeyirli maddələr dərhal  dondurulduqda öz xeyirli xüsusiyyətlərini daha uzunmüddətli saxlaya bilirlər. Bununla bərabər bu uzun zaman ərzində bu xeyirli xüsusiyyətlər aktivliyini itmir.


Ardı →