Dovşan əti

Dovşan demək olar ki, dünyanın bütün ölkələrində yaşaya bilən heyvanlardandır. Onların həyat tərzi çox sadədir. Dovşanlar səhər və axşam yeməyə çıxırlar və ölənə kimi doğulduqları yerdə yaşayırlar. Onlar təhlükə hiss etdikləri zaman yaşayış yerlərini tərk etsələr də, ondan 2 km uzağa getmirlər.

Qarlı qışda isə dovşanlar qar olmayan yerlərdə özlərinə yem axtarırlar. Onlar təmizliyi sevirlər və tüklərini dilləri ilə yalayıb təmizləyirlər. Dovşanlar tullanaraq hərəkət edirlər və otla, tərəvəzlərlə qidalanırlar.

Dovşanın ətindən qida vasitəsi kimi istifadə olunur. Ən yaxşı dovşan əti ömrü bir yaşından yuxarı olmayan dovşanların ətidir.
Davamı →