Üz dərisi

İnsanın zahiri görkəmində üz dərisinin təmiz, elastik, hamar və təravətli olması böyük rol oynayır. Təəssüf ki, heç də hamı ona düzgün qulluq etməyi bacarmır. Bəziləri təzə çıxmış hər hansı bir kremi alır, üzün dərisinə uyğun gəlib-gəlmədiyini yoxlamadan istifadə edir. Üzə qulluq edərkən ən əvvəl, dərinizi necə olduğunu təyin edin. Adətən, üz dərisini təbii piy ifrazından asılı olaraq normal, yağlı, quru və qarışıq dərilərə ayırırlar.


Ardı →

Dəri və dərinin quruluşu

Dəri orqanizmin örtük təbəqəsini təşkil etməklə müxtəlif funksiyaları yerinə yetirir. Quruluşuna görə dəri xarici epitel və daxili birləşdirici toxuma qatlarından təşkil olunmuşdur.
Xarici epitel qatı — epidermis nisbətən nazikdir. Bədənin müxtəlif sahələrində epidermisin qalınlığı eyni deyil. Belə ki, ovucda, ayaq altında və bədənin bel nahiyəsinin aşağı hissəsində epidermis daha qalındır. Dəri örtüyü göz qapaqlarında, qulaq seyvanlarında kişilərə nisbətən qadınlarda nazikdir.


Ardı →