İki dəfə edam edilən şəxs

Villi Frensis (12 yanvar 1929 – 9 may 1947-ci il) – amerikalı qatil idi. O 1945-ci ildə (16 yaşında) Luiziana ştatında elektrikli stul ilə ölüm cəzasına məhkum edilmiş yeniyetmə, qaradərili cinayətkar idi. Onun başına gəlmiş hadisə elektrikli stulda edam cəzasının baş tutmadığı ilk hadisə idi. Lakin ölüm cəzası ikinci cəhd ilə həyata keçirilir. Bu cəhd vəkil Vertrand DeBlankın etirazına səbəb olur. Belə ki, vəkil bu qəddar və qeyri-adi cəza növünü 8-ci düzəlişin pozulması hesab edirdi.

3 may 1946-cı ildə Villi Frensisi elektrikli stula bağlayırlar. O işə düşdükdə Villi qışqırır: “Söndürün onu, mən qızarıram”. Onu cəld bir şəkildə stuldan ayırırlar və ölüm cəzasına məhkum edilmiş məhbusların olduğu kameraya göndərirlər. Stul isə yoxlanışa göndərilir. Rəsmi məlumata görə, stulda naqillərdən biri sıradan çıxıbmış. Belə olduqda, cinayətkarın vəkili Vertran De Blank Frensinin layiq görüldüyü ölüm cəzasının ömürlük həbs cəzası ilə əvəz edilməsinə nail olmağa çalışır.
Davamı →

Edam formaları

Hüquq sistemlərinin təşəkkül tapdığı ilk dövrlərdən müstəsna cəza kimi ölüm hökmü tətbiq edilib. İstər Hammurapi qanunlarında, istər Roma hüququnda və ya islam ədliyyəsində ölüm cəzası yer alıb. Lakin bu cəzalar heç də birtipli olmayıb. Ölüm cəzası tətbiq edildiyi cinayətlər və icra formaları ölkələrə və hüquq sistemlərinə görə dəyişib. Bütün tarix boyu (elə indi də) ölüm hökmü tərəfdarlarının bir əsas dəlili olub: cinayətkarlığın səviyyəsini aşağı salmaq. Tarix boyu edam formaları bir-birini əvəz edib və çoxu da bu günə qədər gəlib çatıb. Sizə qədim dövrlərdə tətbiq olunan edam növləri haqda qısa məlumat təqdim edirik.


Ardı →