Eq-noq

Eq-noq haqqında ümumi məlumat
Eq-noq süd və toyuq yumurtasından hazırlanmış şirin kokteyldir. Eq-noq alkohollu və alkoholsuz şəkildə hazırlanır. Alkohollu eq-noq hazırlamaq istədikdə ona viski, rom, brendi, likör və ya şərab əlavə edilir. Eq-noq tərkibinə görə dünyanın bir çox ölkələrində hazırlanan qoqol-moqol içkisinə çox yaxındır.

Eq-noq kokteylini ilk dəfə Şotlandlar hazırlayıblar. Onlar Yeni ili bu kokteyllə qarşılamağa adət ediblər. Eq-noq kokteyli İngiltərə, Fransa, ABŞ və bir sıra ölkələrin sevimli kokteylidir. Onu bahalı axşam yeməklərində və elit dəvətlərdə servis edirlər. İçkinin hazırlanması zamanı müxtəlif alkohol və ədviyyat əlavələrindən də istifadə edilir.
Davamı →