Əkizlər bürcü haqqında ♊

Əkizlər bürcündə doğulanların devizi rəngarənglikdir. Onlar heç vaxt istəmirlər ki, nə iləsə uzun müddət bir yerdə qalsınlar, əksinə hər şey barədə həmişə təzə, ətraflı informasiya almağa can atırlar. Onlar üçün konfranslar, telefon zəngləri, video və daim meydana çıxan yeni ideyalar cənnətə bərabərdir.
Əslində Əkizlər üçün ən mühüm olan şey — fikir və danışıqdır. Onlar həmışə yeni ideya və duyğutar aclığı çəkirlər və elə ona görə də yeni-yeni insanlara ehtiyac hiss edirlər.
Əkizlərin hər şeyi bilmək marağı ödənmir: onlar təzə xəbərlər eşitmək və bütün yenilikləri görmək həvəsi ilə alışıb yanırlar. Əkizlər yeni ideyanı hər bir tərəfdən nəzərdən keçirirlər ki, onun nə verəcəyini, hansı fayda gətirəcəyini görsünlər.


Davamı →

Əkizlər bürcünün xarakteri

Ulduzlar sistemində üçüncü yeri tutan Əkizlər bürcü təxminən mayın 22-dən iyunun 21-nə qədər olan dövrü (31 günü) əhatə edir. Ünsürü hava, planeti Merkuri, xoşbəxt rəqəmi 3, 5, 12, 18, düşərli günü çərşənbə, bazar, düşərsiz günü cümə axşamı, astroloji rəngi bənövşəyi, boz, açıq-sarı, narıncı, uğursuz rəngi yaşıl, qiymətli daşı əqiq, dağ kristalı, metalı qızıl, gümüş, enerji verən çiçəyi marqaritka, lalə, jasmin, nərgiz, müxalif bürcü isə Oxatandır.
Əkizlər bürcü Göy qübbəsində 524 kvadrat dərəcəlik sahəni tutur. Ona adi gözlə görünən 70 ulduz daxildir. Kastor və Polluks ulduzları isə daha parlaqdır. Səmanın şimal yarımkürəsində yerləşən Əkizlər bürcü digər zodiak işarələrindən yüksəkdə durur.
Davamı →