Balıqçı və tələbələr

Rəvayət edirlər ki, bir dərviş var idi, ovçuluqla məşğul olardı, xüsusilə balıq tutmaqda çox məharəti vardı.

Çevik quşu göydə oxla vurardı,
Cəld balığı göldə əllə tutardı.

Bir gün torunun çəmənlikdə qurmuş, özü isə pusquda oturmuşdu. Bu zaman üç quş enib torun ətrafında dənlənməyə başladı, elə bu dəmdə haman tərəfdən hay- küy qopdu, mübahisə səsləri eşidildi. Ovçu qorxdu quşlar səsi eşidib qaçsınlar. Pusqusan çıxıb gördü iki tələbədir, elmi mübahisə edirlər, ancaq bir- birini başa sala bilmədikləri üçün az qalırlar savaşsınlar. Ovçu onların yanına gəlib yavaşdan yalvarmağa başladı və dedi: — Ey elm kanları və fəzilətləri! Xahiş edirəm lütf edib bir az sakit olasınız, bu quşlar hürküb qaçmasınlar, mənimdə zəhmətim hədərə getməsin.
Ardı →