Yeyib doymamaq - Emosional aclıq nədir?

Əksər insan emosional olarkən, aclıq hissi yaranır və nə qədər yesə də bu hissi dəf edə bilmir. 
Bunun səbəbi nədir? Nəyə görə hirsli və ya qəmgin olarkən yediyimiz yemək bizə toxluq hissi gətirmir ?

Emosional aclıq adətən mədədə hiss etdiyiniz fiziki aclıq deyil. Sadəcə emosiyalarla aclıq.
Stress, kədər, qəzəb, depressiya kimi vəziyyətlərdə meydana gəlir və bu hisslər sizi yeməyə aparır. Yaxşı, buna emosional aclıq deyilir. Deməli,
Davamı →

Emosional aclıq

Emosional aclıq nədir?
Emosional aclıq bulimiya kimi bir yemək xəstəliyidir. Bəzən olur ki, mədəmiz üçün deyil, hissləriniz üçün yemək yeyirik. Aclıq hissi fiziki olaraq başlamalıdır, amma çox vaxt emosional olaraq başlayır. Əgər darıxmaq, stress, yorğunluq, əsəb, depressiyaya cavab olaraq yemək yeyirsinizsə, emosional boşluq hissini doldurmaq üçün yediyinizi unutmayın.

Bəs emosional aclıq ilə fiziki aclıq hissini necə fərqləndirmək olar?
Fiziki aclıq birdən-birə başlamaz, yavaş-yavaş yaranır, amma emosional aclıqda aclıq hissi birdən-birə yaranır. Emosional aclıq hissi yarandığı anda mütləq nəsə yeyərək o hissi yox etmək istəyirsiniz, amma fiziki aclıq gözləyə bilir. Əgər emosional boşluq hissinizi doldurmaq üçün yeyirsinizsə, mədəniz dolsa belə yeməyə davam edəcəksiniz. Amma, əgər həqiqətən acmısınızsa, mədəniz dolduğu anda yeməyi dayandıracaqsınız.
Davamı →