Rasim Əlizadə - Xaç atası.

Sizə bu gün həyatda tək bacarığı qolunun gücü hesabına işlərini şiddətlə həll etməyə çalışan mənasız insanlardan bəhs edəcəm. Deməli bu insanlar əslində heç o qədər də güclü, cəsarətli deyil. Bir yerdə oxumuşdum, təxmini belə demək istəyirdi, kimsə öz gücündən, qüvvəsindən özgüvənli şəkildə danışırsa, ay onu belə vurdum, elə söydüm, mənə qarşı səhv edəni cəzalandıraram tipli sözlər deyirsə, əmin olun ki, heç elə birisi deyil, hətta daxilində çox qorxaq adamdır. Sadəcə boş sözləri ilə özünü güclü göstərməyə çalışır, diqqət mərkəzini özünə çəkməyə cəhd edir.Ətrafınızda belə insanlar varsa, düşünmədən uzaqlaşın onlardan, bir qardaş məsləhəti..

Davamı →

Faydalı psixoloji taktikalar

Sizə çox faydalı psixoloji taktikalar təqdim edirik. Bu üsullar instinktiv sfera və şüuraltı ilə bağlı olduğu üçün,əksəriyyət hallarda özünü doğruldur.Təcrübədə dəfələrlə sınaq olunub.
1. Adamlar qrup halında gülərkən, hər kəs bu qrupda daha çox simpatiya bəslədiyi adama nəzər salır. Yaxud, xoşuna gələn və yaxın münasibət qurmaq istədiyi adama.
2. Məsuliyyətli iş öncəsi əsəbi vəziyyət yaranıbsa, saqqız çeynəyin. Bu, əsəb halını yüngülləşdirməyə kömək edəcək. Çünki orqanizm qida qəbulunu təhlükəsizlik hissi ilə asossasiya edir.

Davamı →

Emosiyalar həyatı bəzəyir

Gündəlik həyatımızda rast gəldiyimiz hər bir amil həyat tərzimizə öz təsirini göstərir. Qəzetdən, radiodan, televiziyadan, eləcə də digər informasiya mənbələrindən alınan məlumatlar insanda həm mənfi, həm də müsbət emosiyalar yaradır. Həyatımızı bunlarsız təsəvvür etmək olmaz. Müsbət emosiyalar sağlamlıq üçün faydalı, mənfi emosiyalar isə təhlükəlidir.

Davamı →

Mənfi emosiyalar hansı xəstəliklərə səbəb olur?

Psixosomatik xəstəliklər — yaranmasında ruhi faktorların əhəmiyyətli rol oynadığı müəyyən bəzi somatik xəstəliklərdir. Qədim dövrlərdən bəri ruh-bədən bütövlüyünü müdafiə edən həkimlər və ya filosoflar olmuşdur (Hipokrat, Əflatun, Aristotel, Galen, İbn Sina).

Duyğuların somatik reaksiyalar meydana gətirdiyini göstərən xalq deyimləri vardır: utancdan üz qızarması, hirsdən başın ağrıması, kədərdən iştah kəsilməsi, xülyadan yuxu qaçması kimi. Bəzi somatik pozuntuların ruhi üsullarla (təlqin, hipnoz) yaxşılaşdığı ən azından keçən əsrdən bəri bilinməkdədir. Psixosomatik xəstəliklər və pozulmalar arasında:
Davamı →

Emosiyaların fiziologiyası

İnsanın ali sinir fəaliyyətinin əlamətlərindən biri də emosiyadır (latınca emavere sğzündən götürülüb, mənası həyəcanlanıram deməkdir). Onlar özünü insanın bütün növ hissiyatını əhatə edən xarici və daxili qıcıqlara qarşı reaksiya kimi biruzə verir.

Emosional gərginlik vəziyyəti bir çox orqan və sistemlərin funksiyalarını dəyişməklə bütün orqanizmi əhatə edir. Bu funksional dəyişiklik o qədər intensiv olur ki, “vegetativ fırtına” şəklini alır. Belə ki, bu fırtınada müəyyən ardıcıllıq olur. Emosiya o sistem və orqanların işini gücləndirir ki, onlar orqanizmlə xarici mühit arasında sıx əlaqə yaradır. Bu zaman vegetativ sinir sisteminin simpatik hissəsinin güclü oyanması baş verir. Qana əhəmiyyətli miqdarda adrenalin ifraz olunur, ürəyin işi artır, arterial təzyiq yüksəlir, qaz mübadiləsi güclənir, bronxlar genişlənir, orqanizmdə oksidləşmə və energetik proseslər intensivləşir.

Skelet əzələlərinin fəaliyyəti kəskin dəyişir. Əgər adi vəziyyətdə ayrı-ayrı əzələ lifləri işə cəlb olunurdusa, affekt vəziyyətində onlar birgə fəaliyyət göstərir. Bundan başqa, yorulmada əzələ işini tormozlayan proseslər blokada olunur. Belə ki, emosional oyanıqlılıq qısa müddətdə orqanizmdə mövcud olan ehtiyyatları səfərbər edir. Hətta daha intensiv fəaliyyət zamanı potensial imkanlardan bir hissəsi qorunub saxlanılır. Onlar yalnız vacib anlarda emosional gərginlik vəziyyətində istifadə olunur.


Ardı →

Emosiyaların təsiri

Hamıya məlumdur ki, bizim sağlamlığımız ilk növbədə bizim əhvalımızdan  asılıdır. Bəhva ibn Həvəsxan “Mədənüş-şifa” əsərində insanın hal-əhvalı və fiziki sağlamlığı arasındakı əlaqəni belə izah edir: “İnsan bədəndən və ruhdan ,yəni psixiki maddədən ibarətdir. Məhz bu müştərək birləşmə xəstəliyə məruz qalır, çünki ayrı-ayrılıqda nə bədən, nə də ruh xəstələnmək bacarığına qadir deyil.”

emosiyalar

Ardı →